Ronaldo 3,5 milyonluq saatları oteldə unudub
Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Portuqaliyalı futbolçu Kriştiano Ronaldonun başına iş gəlib.
“Cebheinfo.az” xəbər verir ki, dünya ulduzu 2019-cu ilin sentyabr ayında saatlarını itirib.
O, AVRO-202O-nun seçmə mərhələsi çərçivəsində Belqrada gedərkən problemlə üzləşib. Belə ki, Ronaldonun toplam dəyəri 3,5 milyon avro dəyərində olan iki saatı yadından çıxaraq oteldə qalıb. Buraya dəyəri 1,5 milyon avro olan almazla bəzədilmiş “Franck Muller Cintree Tourbillon” və horologiya dünyasında unikal sayılan 2 milyon avro dəyərində olan “Girard Perregaux Planetarium Triple-Axis Tourbillon” saatlarından söhbət gedir. Üstəlik, sözügedən modellər sadəcə Kriştiano Ronaldo üçün xüsusi olaraq istehsal olunub və başqa alternativləri yoxdur.
Məlum olub ki, otel çalışanları saatları tapdıqdan sonra bir neçə saat ərzində dünya ulduzu ilə əlaqə saxlayıblar. Həmin saatlar Ronaldoya çatdırılıb.
Elmir
“Cebheinfo.az”
Baxış sayı:57
Bu xəbər 25 Aprel 2025 15:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















