Ronaldo “Əl Fateh”lə oyunda iştirak edəcək Romano
Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Əl-Nəsr”in hücumçusu Kriştianu Ronaldo bu gün komandası ilə birlikdə Səudiyyə Ərəbistanı Pro Liqasının 22-ci turu çərçivəsində keçiriləcək “Əl-Fateh”ə qarşı oyunda iştirak edəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano sosial şəbəkə səhifəsində məlumat verib.
O, Ronaldonun artıq komandası ilə oyuna getdiyini qeyd edib.
Qeyd edək ki, portuqaliyalı hücumçu bundan əvvəl “Əl-Nəsr”in heyətində üç oyunda yer almayıb. Bunlardan ikisi Pro Liqada, biri isə Asiya Çempionlar Liqasında olub.
Buna səbəb onun Səudiyyə Ərəbistanı Dövlət İnvestisiya Fondunun (PIF) klubu idarə etmə tərzindən, xüsusilə də, eyni təşkilat tərəfindən idarə olunan rəqiblərlə müqayisədə onun klubuna qarşı daha az diqqət və resurs ayırmasından narazılığı olub.
Xatırladaq ki, “Əl-Nəsr” 20 oyundan sonra 49 xalla Səudiyyə Ərəbistanı Premyer Liqasının turnir cədvəlində ikinci yerdədir. O, lider “Əl-Hilal” dan bir xal geridə qalır.
Bu mövzuda digər xəbərlər:Ronaldo Əl Nəsr lə müqaviləsini ləğv edəcək?
04 Fevral 2026 17:06
Kriştiano Ronaldo “Əl Nəsr”lə uzadır
09 İyun 2025 11:47
Ronaldo Əl Nəsr lə neçə illik müqavilə imzalayacaq?
25 İyun 2025 20:36
Ronaldo “Əl Nəsr”lə 13 cü turnirində uduzub
29 Oktyabr 2025 07:06
Aqşin Fateh yenidən “By Fateh” açır
01 İyul 2026 12:40
Baxış sayı:108
Bu xəbər 14 Fevral 2026 11:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















