Ronaldo gələcək karyerası barədə: Bir neçə dəqiqədən də maksimum həzz almağa çalışıram”
Icma.az, sport24.az portalına istinadən məlumat yayır.
Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo gələcək kareyerası ilə bağlı danışıb. Sport24.az xəbər verir ki, ulduz futbolçu bununla bağlı "A Bola"ya açıqlama verib:
"İnsanlar, xüsusən də ailəm deyir ki, daha dayanmağın vaxtıdır. Artıq hər şeyi etmisən. Min qol vurmağa nə ehtiyac var? Amma mən belə düşünmürəm ki, hələ də yaxşı işlər görürəm, klubuma və milli komandama kömək edirəm, niyə davam etməyək?
Əminəm ki, hər şey bitdikdən sonra, futbolda qazandıqlarımla bağlı məmnunluq hissi yaşayacam. Bilirəm ki, çox vaxtım qalmayıb. Bu səbəbdən bir neçə dəqiqədən də maksimum həzz almağa çalışıram".
Qeyd edək ki, Ronaldo karyerası ərzində klub səviyyəsində 805, millidə isə 141 qol vurub.

Ronaldo gələcək karyerası barədə
03 Yanvar 2025 21:21
Ronaldo karyerası haqqında: Dayanmayacağam!
28 Dekabr 2024 16:54
Ronaldo karyerası barədə: Bilirəm ki, çox ilim qalmayıb
08 Oktyabr 2025 11:31
Sahib olduğum az şeydən zövq almağa çalışıram Kriştianu Ronaldu karyerasını bitirməsi barədə
08 Oktyabr 2025 11:41
“Yaşıma uyğun yaşamağa çalışıram”
16 Avqust 2025 10:16

