Icma.az
close
up
RU
Ronaldo İrana aparılmadı: müraciət rədd edildi

Ronaldo İrana aparılmadı: müraciət rədd edildi

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kriştiano Ronaldo "Əl Nassr"in "İstiqlal"a qarşı oynayacağı Asiya Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda iştirak etməyəcək. Səbəb isə klubun onu heyətə daxil etməməsidir. 

Ölkə.az xəbər verir ki, 2023-cü ilin sentyabrında “Əl Nassr” Tehran klublarından biri olan "Persepolis"in qonağı olub və Kriştiano Ronaldonun şəhərə gəlişi səbəbilə minlərlə azarkeş komandanın yerləşdiyi hotelin ətrafına toplaşıb. 

Oyunçuların təhlükəsizliyinin təmin olunması üçün polis müdaxilə edərək izdihamı dağıtmalı olub.

Bundan sonra Kriştiano Ronaldo əlilliyi olan və ayaqları ilə rəsmlər çəkən Fatimə Hammami Nəsrəbadini qucaqlayaraq onun alnından öpüb. İran qanunlarına əsasən, bu cür jest zina hesab edilə bilər, çünki bu öpüş onun həyat yoldaşı tərəfindən edilməyib. Bu əmələ görə 99 qırmanc zərbəsi cəza kimi tətbiq oluna bilər.

“Əl Nassr” oyunun neytral meydançada keçirilməsi üçün rəsmi məktub göndərsə də, rəqib komanda bu təklifi qəbul etməyib. Buna görə də Kriştiano Ronaldo matç üçün heyətə daxil edilməyib.

Bundan əlavə, təhlükəsizlik rəsmiləri Kriştianoya böyük azarkeş qruplarından qaçmaq üçün Tehrandakı matça getməməyi tövsiyə ediblər. Ronaldonun İran paytaxtına əvvəlki səfəri zamanı küçələrdə böyük iğtişaşlar yaşanmışdı.

Həmidə İbrahimova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://olke.az
archiveBu xəbər 03 Mart 2025 17:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

151 il, bir missiya: Milli mətbuatın yubileyinə dövlət qurumlarından baxış

22 İyul 2026 16:55see446

Azərbaycanda bu peşələrə tələbat ARTIR 8 aya iş sahibi olmaq mümkün olacaq

22 İyul 2026 12:33see403

Asif İbrahimov: Hazırda bazarlar neftdən çox müharibəyə reaksiya verir

23 İyul 2026 14:47see324

Məşhurların Bodrum tətili Aktrisanın suya düşməsi gündəm oldu

22 İyul 2026 19:46see251

Premyer Liqa klubundan Qarnaçoya 50 milyon avroluq təklif Çelsi satacaqmı?

23 İyul 2026 01:30see241

ABŞ administrasiyası diplomatiyaya qapını bağlamaq istəmir

23 İyul 2026 15:33see222

Bu ixtisasları seçənlər işsiz qala bilər

22 İyul 2026 11:35see205

Azərbaycan Mədəniyyəti 2040 Konsepsiyası çərçivəsində 84 genişmiqyaslı tədbirə nəzarət mexanizmi yaradılıb

23 İyul 2026 11:35see201

İspaniyada DÇ 2026 çempionlarını POMİDORLA mükafatlandırdılar VİDEO

23 İyul 2026 01:02see195

“Mənim işim insan öldürməkdir” 24 qətl törədən “Saşa Soldat”ın inanılmaz taleyi

22 İyul 2026 20:17see187

“Kəpəz” Benito ilə danışıq aparır

22 İyul 2026 23:56see177

İngiltərə klubunun baş məşqçisi casusluqda ittiham olunur

22 İyul 2026 19:46see175

“Liverpul”un potensial həmsahibləri Vinisius və Oliseni transfer etmək istəyirlər

23 İyul 2026 00:50see174

“Qarabağ“ın rəqibinin futbolçusu: “Bizim üçün heç heçə məğlubiyyətə bərabərdir“

22 İyul 2026 12:33see170

Ət niyə od tutub yanır?

23 İyul 2026 13:49see167

5 dəqiqəlik üsulla stressi idarə edin

23 İyul 2026 15:05see167

Sabah bu rayonda qazın verilməsində fasilə olacaq

22 İyul 2026 19:32see162

Braqa dan qələbə, Başakşehir dən heç heçə

23 İyul 2026 02:45see162

Müstəmləkəçiliyə qarşı mübarizə əzmimiz

23 İyul 2026 11:13see161

“Kəpəz”də portuqaliyalı forvard

22 İyul 2026 21:12see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri