Ronaldo İspaniyanın məşhur futbol klubunu almağa hazırlaşır KİV
Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Hazırda Səudiyyə Ərəbistanının "Əl-Nassr" klubunda oynayan Kriştiano Ronaldo İspaniyanın məşhur "Valensiya" futbol klubunu satın almaq imkanını nəzərdən keçirir.
Yeniavaz.com TCR-yə istinadən xəbər verir ki, o, ispan klubunu Səudiyyə Ərəbistanı şahzadəsi Salmanla birlikdə almağı planlaşdırır.
Valensiya hazırda sinqapurlu iş adamı Peter Limə məxsusdur. Onun klubu idarə etməsi komandanın son illərdə ciddi uğur qazanmamasından narazı olan azarkeşlər tərəfindən tənqid olunub.
Qeyd edək ki, şahzadə Salman İngiltərənin "Nyukasl Yunayted" klubunu 2021-ci ildə satın aldıqdan sonra komanda heyətini xeyli təkmilləşdirib və Çempionlar Liqasına vəsiqə qazanıb.
Bildirilir ki, Ronaldo növbəti il yarımda karyerasını bitirmək niyyətində deyil, lakin onun artıq gələcək fəaliyyəti ilə bağlı planları var. Portuqaliyalı futbolçu uzun müddətdir ki, uğurlu iş adamı kimi də tanınmaqdadır. O, öz CR7 brendini inkişaf etdirir, otel biznesinə və özəl sektora sərmayə qoyur.
Bu mövzuda digər xəbərlər:Ronaldo İspaniyanın nəhəng klubunu alır
28 Fevral 2025 14:49
Ronaldo İspaniyanın əsas klublarından birinin sahibi olacaq
26 Fevral 2025 09:52
Ali Koç İspaniyanın nəhəng klubunu ALIR
27 Oktyabr 2025 15:02
Kriştiano Ronaldo tanınmış futbol klubunu alır?
25 Fevral 2025 13:38
Ronaldo klubunu dəyişə bilər
08 Yanvar 2025 01:05
Baxış sayı:106
Bu xəbər 25 Fevral 2025 18:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















