Ronaldo Jotanın dəfn mərasimində iştirak etməməsinin iki səbəbini açıqlayıb
Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Portuqaliya yığmasının hücumçusu və kapitanı Kriştiano Ronaldo milli komanda yoldaşı Dioqo Jotanın dəfn mərasimində iştirak etməməsinin səbəblərinə aydınlıq gətirib.
İdman.Biz-in məlumatına görə, Jota və qardaşı Andre Silva 3 iyul 2025-ci ildə İspaniyada avtomobil qəzasında həlak olublar.
“İki səbəbə görə. Birincisi, atamın ölümündən (2005-ci ildən) bəri heç vaxt qəbiristanlığa getməmişəm. İkincisi, hara gedirəmsə, hər şey sirkə çevrilir. Bütün diqqət mənim üzərimdə olacaqdı və mən bunu istəmirdim.
İnsanlar məni tənqid edirlər, amma bu qərarı verdiyimə şadam. Təriflənmək üçün ictimaiyyətin diqqətində olmaq lazım deyil. Müəyyən şeylər planlaşdırıram, onun ailəsi haqqında düşünürəm. İnsanların nə etdiyimi görməsi üçün kameraların qarşısında olmaq lazım deyil. Hər şeyi pərdəarxası edirəm”, - deyə Ronaldo jurnalist Pirs Morqana verdiyi müsahibədə bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 07 Noyabr 2025 00:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















