Icma.az
close
up
RU
Ronaldo karyerasının gələcəyindən danışdı Video

Ronaldo karyerasının gələcəyindən danışdı Video

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldo 2026-cı il Dünya Çempionatının karyerasındakı son mundial olduğunu rəsmən təsdiqləyib.

“Qafqazinfo”nun xəbərinə görə, 41 yaşlı hücumçu Portuqaliyanın 1/8 final mərhələsində İspaniyaya məğlub olaraq turnirlə vidalaşmasından sonra gələcəyi ilə bağlı açıqlama verib.

Ronaldo bildirib ki, 2030-cu ildə keçiriləcək növbəti DÇ-də iştirak etməyəcək.

“Heç nəyi emosiyalarla qərarlaşdırmıram. İndi oynamağa davam edib-etməyəcəyim vacib deyil. Sabah da bu gün olduğu kimi təmiz vicdanla oyanacağam. Milli komandada 23 il çıxış etdim və üç titul qazandım. Kriştianudan əvvəl Portuqaliya heç nə qazanmamışdı. 2016-cı ildə qazandığım Avropa çempionluğu mənim üçün ən böyük uğurdur. Fikrimcə, Dünya kuboku ilə eyni ölçüdədir”, – deyə ulduz futbolçu bildirib.

İspaniya ilə oyundan əvvəl də bunun son mundialı olacağını açıqlayan Ronaldo həmin vaxt belə demişdi: “Bu, mənim son Dünya Çempionatım olacaq. Amma ümid edirəm ki, sabah mənim son oyunum olmayacaq”.

Portuqaliya millisinin heyətində altıncı DÇ-yə qatılan Ronaldo turnir tarixində altı fərqli mundialda qol vuran ilk futbolçu kimi rekordunu daha da möhkəmləndirib. O, 2026-cı il DÇ-də üç dəfə fərqlənib.

Karyerasını başa vuracağı tarix barədə isə konkret danışmayan portuqaliyalı ulduz futbola hələ də böyük həvəslə yanaşdığını vurğulayıb.

“O gün gələcək. Amma gedəndə vicdanım tam rahat olacaq. Futbolda bacardığım hər şeyi etmişəm. Mən futbolu sevirəm və buna görə oynayıram. Hər gündən zövq almaq lazımdır. İndiyədək bu mundialda üç qol vurmuşam. Düşünürəm ki, bu, heç də pis nəticə deyil”, – deyə Ronaldo əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 07 İyul 2026 03:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see323

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see314

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see304

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see288

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see284

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see263

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see256

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see246

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see244

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see224

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see223

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see223

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see222

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see221

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see212

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see209

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see208

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see193

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see176

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri