Ronaldo matç öncəsi görüntüsü ilə müzakirə yaratdı: Təkcə su içirəm demişdi... (Video)
Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.
Portuqaliya millisinin ulduz futbolçusu Kriştianu Ronaldo bu dəfə matçdan əvvəl çəkilən görüntüləri ilə sosial şəbəkələrin gündəminə çevrilib.
Milli.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, yayılan kadrlarda Ronaldonun oyun öncəsi energetik içki içkisi qəbul etdiyi görünür. Görüntülər qısa zamanda internetdə geniş yayılıb və minlərlə şərh, zarafat və paylaşımın mövzusu olub.
İzləyicilərin bir qismi futbolçunun bu addımını 2020-ci il Avropa çempionatı zamanı mətbuat konfransında "Coca-Cola" butulkalarını kənara çəkərək insanlara su içməyi tövsiyə etməsi ilə müqayisə edib və bunu ziddiyyət kimi dəyərləndirib.
Digər sosial şəbəkə istifadəçiləri isə peşəkar idmançıların oyunlardan əvvəl enerji içkilərindən tərkibindəki kofein səbəbindən performans dəstəyi kimi istifadə etdiyini xatırladaraq, bu vəziyyətdə qeyri-adi heç nə olmadığını bildiriblər.
Kriştianu Ronaldonun matç öncəsi görüntüləri qısa müddətdə futbol azarkeşləri arasında geniş müzakirələrə səbəb olub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Baxış sayı:121
Bu xəbər 04 İyul 2026 11:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















