Ronaldo millidə karyerasını iki aya başa vuracağı bildirilir
Icma.az bildirir, Idman.biz portalına istinadən.
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” futbol klubunun və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldo yığmadakı karyerasını iki ay sonra başa vura bilər.
İdman.Biz xəbər verir ki, jurnalist Məhəmməd Avvad portuqaliyalı futbol agentinə istinadən 41 yaşlı hücumçunun Millətlər Liqasında Uelsə qarşı keçirəcəyi matçın onun milli komandadakı son oyunu ola biləcəyini deyib. Lakin məlumat Ronaldo və Portuqaliya Futbol Federasiyası tərəfindən rəsmən təsdiqlənməyib.
Portuqaliya - Uels qarşılaşması sentyabrın 24-də Lissabondakı “Joze Alvalade” stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə 23:45-də başlayacaq.
Bu arenanın Ronaldo üçün xüsusi əhəmiyyəti var. “Joze Alvalade” onun yetişdiyi “Sportinq” klubunun ev stadionudur. Portuqaliyalı ulduz böyüklər səviyyəsində rəsmi debütünü 2002-ci il avqustun 14-də məhz “Sportinq”in heyətində edib.
Ronaldo DÇ-2026-nın karyerasındakı son dünya çempionatı olduğunu açıqlasa da, Portuqaliya millisindən ayrılması barədə yekun qərarı daha sonra verəcəyini söyləyib. Bu səbəbdən Uelslə oyunun vida matçı olacağına dair məlumat hələlik iddia xarakteri daşıyır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 19 İyul 2026 13:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















