Icma.az
close
up
RU
Ronaldo namizədliyini irəli sürməyəcək Açıq dialoq üçün heç bir imkan yaradılmadı

Ronaldo namizədliyini irəli sürməyəcək Açıq dialoq üçün heç bir imkan yaradılmadı

Sportal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Əfsanəvi braziliyalı futbolçu Ronaldo Braziliya Futbol Federasiyasının (CBF) prezidenti postuna namizədliyini irəli sürməyəcək.

Sportal.az xəbər verir ki, Ronaldo daha əvvəl CBF-yə rəhbərlik etmək istəyini dəfələrlə dilə gətirsə də, regional federasiyaların dəstəyini ala bilmədiyi üçün seçkilərdə iştirak etməyəcəyini açıqlayıb.

"27 regional federasiya ilə ilk təmasım zamanı başa düşdüm ki, onların 23-nün qapısı mənim üçün bağlıdır. Əgər rəhbər şəxslərin əksəriyyəti Braziliya futbolunun etibarlı əllərdə olduğuna inanırsa, mənim fikrim artıq heç nəyi dəyişmir. Federasiyalar mənim namizədliyimi qəbul etmədilər və hazırkı rəhbərlikdən razı olduqlarını, Ednaldo Rodrigeşin yenidən seçilməsini dəstəklədiklərini bildirdilər. Mən öz layihəmi təqdim edə, ideyalarımı bölüşə və digərlərinin fikirlərini istədiyim kimi dinləyə bilmədim. Açıq dialoq üçün heç bir imkan yaradılmadı.

Federasiyalar nizamnaməyə əsasən səsvermədə üstün hüquqa malikdirlər, buna görə də aydındır ki, mən seçkilərdə iştirak edə bilmərəm. Yerli federasiya rəhbərlərinin əksəriyyəti hazırkı prezidenti dəstəkləyir. Bu, onların haqqıdır və mən bunu hörmətlə qarşılayıram, baxmayaraq ki, fikirlərim fərqlidir"*, – deyə Ronaldo sosial şəbəkələrdə yazıb".

Ronaldo Braziliya futbolunun hazırkı vəziyyətindən narazıdır:
"Bəlkə də biz heç vaxt indiki qədər çöküş yaşamamışdıq. Bu, qəbuledilməzdir və mən futbolumuzu zirvəyə qaytarmaq istəyirəm. Biz son 20 ildə geriləmişik və aparıcı milli komandalarla rəqabətdən uzağıq. Mən Fransa, İngiltərə, İspaniya və Belçika təcrübələrini öyrəndim. Qarşıda hələ çox iş var".

Qeyd edək ki, Ednaldo Rodrigeş 2022-ci ildən CBF prezidentidir və gözlənilir ki, gələn il keçiriləcək seçkilərdə yeganə namizəd olacaq.

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:62
embedMənbə:https://sportal.az
archiveBu xəbər 13 Mart 2025 00:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see224

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see210

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see188

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see167

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see161

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see159

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see156

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see152

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see151

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see150

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see148

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see144

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see139

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see139

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see136

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see136

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see135

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri