Ronaldo Portuqaliyada mineral su zavodu tikdirir
Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Portuqaliyalı futbolçu Kriştiano Ronaldo yeni mineral su brendinin yaradılmasına 10 milyon avro investisiya yatırıb.
Milli.Az xəbər verir ki, bu barədə "SIC Noticias" məlumat yayıb.
Layihənin digər tərəfdaşı olan "Grupo Outeirinho" şirkəti də eyni məbləğdə vəsait yatırıb. Beləliklə, ümumi investisiyanın 20 milyon avro təşkil edəcəyi, Ronaldo və şirkətin layihədəki paylarının hər birinin 50 faiz olacağı bildirilir.
Su qablaşdırma zavodunun tikintisi artıq Portuqaliyanın Braqansa bələdiyyəsində aparılır. Müəssisənin tikintisinin başa çatdırılması, məhsulun Portuqaliya və beynəlxalq bazarlara çıxarılması 2027-ci ilin sonunadək planlaşdırılır.
Yeni brendin hazırlanması ilə İtaliyanın dizayn şirkəti məşğul olur. Məlumata görə, layihənin həyata keçirilməsi mərhələli şəkildə onlarla yeni iş yerinin yaradılmasına imkan verəcək.
Şirkət, həmçinin Portuqaliya su bazarının 45 faizinə sahib olduğunu bildirir.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 17 Oktyabr 2026 09:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















