Ronaldodan futbolun gündəmini dəyişən qəribə hərəkətlər Video
Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, Kriştiano Ronaldonun da formasını geyindiyi "Ə-Nəsr" (Səudiyyə Ərəbistanı) ötən gün Asiya Çempionlar Liqasının yarımfinalında Yaponiya "Kavasaki Frontala"sına 2:3 hesabı ilə uduzub. 40 yaşlı hücumçunun həmin oyundakı hərəkətləri dünya mediasında gündəmə çevrilib.
QOL.az xəbər verir ki, Ronaldonun meydanın ortasında öz-özünə danışmağı diqqət çəkib. Həmçinin o, qəribə hərəkətlər edib.
Tribunadakı azarkeşlərdən biri portuqaliyalı forvardın videosunu çəkib və sosial şəbəkələrdə paylaşıb. Bu video qısa müddət ərzində yüzminlərlə insan tərəfindən izlənilib və dünya futbolunun gündəmini dəyişib.
Qeyd edək ki, Ronaldo 2022-ci ilin dekabr ayının 30-da "Əl-Nəsr"ə keçib. O, cari mövsüm 38 oyuna çıxıb, 33 qol vurub və 4 qolun ötürməsini verib.
Baxış sayı:124
Bu xəbər 01 May 2025 12:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















