Ronaldodan yeddi ay sonra Messi də milyarder oldu
Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Argentinalı futbolçu Lionel Messinin sərvəti 1 milyard dolları keçib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi öz hesablamalarına istinadla məlumat yayıb.
Agentliyin məlumatına görə, “İnter Mayami”nin hücumçusu portuqaliyalı Kriştianu Ronaldodan yeddi ay sonra milyarderlər klubuna qoşulub.
Argentinalı 2007-ci ildən bəri bonuslar da daxil olmaqla 700 milyon dollar qazanıb. Son illərdəki iqtisadi artım, investisiya gəliri və sponsorluq müqavilələri nəzərə alınmaqla, futbolçunun ümumi sərvəti 1 milyard dolları keçib. Bu səbəbdən agentlik Messini “Bloomberg Milyarderlər İndeksi”nə daxil edib.
Ronaldo isə 2025-ci ilin oktyabrında indeksə qoşulub və “Bloomberg” tərəfindən milyarder seçilən ilk futbolçu olub.
Qeyd edək ki, 2023-cü ildə Messi “İnter Mayami” ilə müqavilə imzalayıb. Bu müqaviləyə onun gəlirinin bir hissəsinin klub səhmləri şəklində ödənilməsi daxildir. Bu baxımdan ümumi ödəniş ildə 70-80 milyon dollara çatır.
Agentliyin məlumatına görə, argentinalı futbolçu Ronaldonun ardınca Səudiyyə Ərəbistanı liqasına keçsəydi, ondan daha əvvəl milyarder ola bilərdi.
Bu mövzuda digər xəbərlər:Messi yalnız Ronaldodan geri qalır
14 Noyabr 2025 22:33
Ronaldodan Messi barədə olay sözlər
03 Noyabr 2025 21:00
Messi və Ronaldodan böyük jest
07 Sentyabr 2026 22:41
Mbappe Messi və Ronaldodan danışdı
12 Sentyabr 2026 12:58
Ronaldodan Messi şüarlarına təhqir kimi reaksiya
08 May 2026 18:44
Baxış sayı:132
Bu xəbər 22 May 2026 16:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















