Ronaldodan zəlzələdə ayağını itirən kiçik azarkeşinə təsirli jest Video
Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Portuqaliya millisinin ulduzu Kriştianu Ronaldo Venesuelada baş verən zəlzələdə ayağını itirən və Dünya Çempionatı stiker albomunu itirdiyi üçün kədərlənən azyaşlı azarkeşi Andres üçün ürəkaçan addım atıb.
“Qafqazinfo” xəbər verir ki, Ronaldo əvvəlcə xəstəxanada müalicə alan Andresə imzalı formasını göndərərək ona mənəvi dəstək olub.
Bununla kifayətlənməyən ulduz futbolçu daha sonra azyaşlı azarkeşinə xüsusi video müraciət ünvanlayıb.
“Salam, Andres. Necəsən? Bu videonu sənə böyük bir qucaq göndərmək üçün çəkirəm. Bilirəm ki, sən mənim böyük azarkeşimsən”, – deyə Ronaldo bildirib.
Portuqaliyalı futbolçu Andresə sağaldıqdan sonra onunla görüşmək istədiyini də vurğulayıb: “Sağalandan sonra səni oyunlarımdan birinə dəvət etmək istəyirəm. Səninlə tanış olmağı çox istərdim. Özünə yaxşı bax, dostum”.
Ronaldonun bu jesti sosial şəbəkələrdə böyük rəğbətlə qarşılanıb.
Baxış sayı:147
Bu xəbər 06 İyul 2026 00:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















