Ronaldonun oğlu da atasının yolu ilə gedir
Icma.az, Qafqazinfo saytına istinadən bildirir.
Portuqaliyalı ulduz Kriştianu Ronaldonun oğlu Kriştianu Junior İspaniyanın “Real Madrid” klubunda oynaya bilər.
“Qafqazinfo” xəbər verir ki, o, hazırda kral klubunun akademiyasında baxışdadır.
Bildirilir ki, 15 yaşlı futbolçu artıq “Real”ın 16 yaşadək oyunçulardan ibarət komandasının məşqində iştirak edib. Əgər klubun məşqçilər heyəti razı qalsa, onunla müqavilə imzalanacaq.
Qeyd edək ki, oğul Ronaldo hazırda Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun gənclər komandasında çıxış edir.
41 yaşlı ata Kriştianu Ronaldo da 2009-2018-ci illər aralığında Madrid “Real”ının şərəfini qoruyub. Bu klubun heyətində meydana çıxdığı 292 oyunda 311 dəfə fərqlənən Ronaldo bununla klub tarixinin ən çox qol vuran oyunçusudur.
Baxış sayı:134
Bu xəbər 25 Mart 2026 16:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















