Ronaldonun YENİ BİZNESİ
Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
Portuqaliyalı futbolçu Kriştiano Ronaldo mineral su istehsalı layihəsinə 10 milyon avro sərmayə qoyub.
Bakıvaxtı.az xəbər verir ki, “SIC Notícias” nəşrinin məlumatına görə, layihənin digər tərəfdaşı Grupo Outeirinho da eyni məbləğdə investisiya yatırıb. Beləliklə, layihəyə ümumilikdə 20 milyon avro vəsait ayrılıb.
Mineral suyun Portuqaliyanın Braqansa bölgəsində çıxarılması planlaşdırılır. Zavodun tikintisinin başa çatdırılması və brendin bazara çıxarılması 2027-ci ilin sonuna nəzərdə tutulub.
Qeyd edək ki, 41 yaşlı Ronaldo daha əvvəl, 2023-cü ilin yayında Madriddə təqdim olunan “Ursu9” su brendinin də ortaq sahibi olub.
Ronaldo Portuqaliya milli komandasının heyətində keçirdiyi 233 rəsmi oyunda 146 qol vuraraq milli komandalar səviyyəsində ən çox qol vuran futbolçu rekordunu qoruyur. Portuqaliya millisinin dünya çempionatlarında ən yaxşı nəticəsi isə 2006-cı ildə əldə etdiyi dördüncü yerdir.
Baxış sayı:70
Bu xəbər 17 Oktyabr 2026 12:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















