Ronaldosuz Portuqaliya ABŞ ı məğlub etdi
Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ və Portuqaliya milli komandaları beynəlxalq fasilədən yararlanaraq yoldaşlıq matçına çıxıblar.
QOL.az xəbər verir ki, görüş Atlantadakı "Mercedes-Benz Stadium"da keçirilib. Oyunu almaniyalı referi Sven Yablonski idarə edib. Matç Portuqaliya millisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Portuqaliya milli komandasının tarixinin ən çox qol vuran oyunçusu və kapitanı Kriştiano Ronaldo bu qarşılaşmada oynamayıb.
Qeyd edək ki, hər iki milli komanda DÇ-2026-da mübarizə aparacaq. ABŞ ev sahiblərindən biri kimi mundiala birbaşa vəsiqə qazanıb. Portuqaliya isə Avropa zonası üzrə seçmə mərhələdən final mərhələsinə yüksəlib.
Portuqaliya Kolumbiya, Özbəkistan və Konqo Demokratik Respublikası ilə bir qrupda oynayacaq. ABŞ isə Paraqvay, Avstraliya və Türkiyə ilə qarşılaşacaq.
ABŞ - Portuqaliya - 0:2
Qollar: Trinkan, 36, Feliks, 59
Baxış sayı:111
Bu xəbər 01 Aprel 2026 19:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















