Ronaldu dubl etdi, karyerasını nə vaxt bitirəcəyi ilə bağlı sualı cavablandırdı
Icma.az bildirir, Fanat portalına istinadən.
Portuqaliya millisinin ulduz futbolçusu Kriştianu Ronaldu karyerasını nə vaxt başa vuracağı ilə bağlı sualı cavablandırıb.
Fanat.Az xəbər verir ki, 39 yaşlı hücumçu UEFA Millətlər Liqasında Polşa ilə matçdan - dibl etdiyi qarşılaşmadan (5:1) sonra belə danışıb:
"Mən, sadəcə, həzz almaq istəyirəm. Tezliklə 40 yaşım olacaq. Motivasiya hiss etdiyim müddətdə futboldan həzz almaq istəyirəm və oynamağa davam edəcəyəm. Motivasiya hiss etmədiyim gün karyeramı başa vuracağam".
Qeyd edək ki, Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Nəsr"in heyətində bu mövsüm 15 matçda iştirak edən Ronaldu 10 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla hazırkı müqaviləsinin müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 16 Noyabr 2024 12:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















