Ronaldu: Sağlamlığım imkan verdiyi qədər oynamaq istəyirəm
Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Səudiyyə Ərəbistanının "Əl-Nəsr" komandasının portuqaliyalı hücumçusu Kriştianu Ronaldu sağlamlığı imkan verdiyi qədər futbol oynamaq istəyir.
Portuqaliyalı hücumçunun sözlərini Braziliyanın UOL portalı sitat gətirib.
Ronaldu bir gün əvvəl Səudiyyə Ərəbistanı çempionatının "Əl-Feyha" ilə oyununda əlavə vaxtın 14-cü dəqiqəsində penaltidən qələbə qolunu vurub. Matç 2-1 hesabı ilə başa çatıb.
"Şəxsən mənim və bütün komanda üçün inanılmaz axşam idi. Komanda qalib gəldi və mən iki qol vurdum ki, bu da həmişə vacibdir. Həmişə deyirəm: uzunömürlülük yalnız coşqunluqla əldə edilir və coşqunluq məndə qalır. Qol vursam da, vurmasam da, bu mənim həyatımdır və həmişə belə olub. 23-24 illik futbol mənim həyatımdır və buna görə də sağlamlığım imkan verdiyi müddətdə oynamağa davam etmək istəyirəm", - portuqaliyalı bildirib.
Qırx yaşlı Ronaldu Çempionlar Liqasının, Avropa çempionatının beşqat, Millətlər Liqasının ikiqat qalibidir və milli komandasının, Avropa çempionatının, Çempionlar Liqasının, Klublararası Dünya Kubokunun bütün zamanların ən çox qol vuran oyunçusudur. O, Portuqaliyanın "Sportinq", İngiltərənin "Mançester Yunayted", İtaliyanın "Yuventus" və İspaniyanın "Real Madrid" komandalarında oynayıb və 2022-ci ilin dekabrında "Əl-Nəsr"in heyətində çıxış etməyə başlayıb.(report)
Baxış sayı:47
Bu xəbər 03 Noyabr 2025 00:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















