Ronaldudan 35 milyon avroluq malikanə: Qızıl kranlar və gizli tunel
Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Futbol əfsanəsi Kriştianu Ronaldu Portuqaliyanın Kaskais sahilində dəyəri təxminən 35 milyon avro olan möhtəşəm malikanə inşa etdirib.
Fanat.Az xəbər verir ki, tikintisi üç il davam edən bu lüks mülkdə səkkiz yataq otağı var ki, hər birinin öz hamamı və xalis qızıldan hazırlanmış kranları mövcuddur.
Malikanənin özəllikləri bununla bitmir; burada qapalı və açıq hovuzlar, tam təchiz olunmuş idman zalı, şəxsi kinoteatr, gizli yeraltı tunel və hətta şəxsi çimərlik də yer alır.
İtalyan mərməri ilə bəzədilmiş evin divarlarından birində isə "Louis Vuitton" freskası diqqət çəkir.
"Abolapt"ın məlumatına görə, ulduz futbolçu karyerasını bitirdikdən sonra məhz bu sarayda yaşamağı planlaşdırır.
Kamil Xudiyev
Baxış sayı:99
Bu xəbər 02 Mart 2026 20:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















