Ronaldunun Səudiyyə krallığı və görünməmiş gəlir siyahısı ƏTRAFLI
Icma.az bildirir, Fanat saytına əsaslanaraq.
Kriştianu Ronaldunun "Əl-Nəsr" klubundakı fəaliyyəti təkcə idman uğurları ilə deyil, həm də ona təqdim olunan ağlasığmaz maddi imkanlarla dünya gündəmini zəbt edib.
Fanat.Az xəbər verir ki, portuqaliyalı superulduz Səudiyyə Ərəbistanında vergidən azad edilmiş 658 milyon dollar məvaciblə yanaşı, bir sıra lüks imtiyazlara da sahibdir. Futbolçunun sərəncamında hər an uçuşa hazır olan 5,5 milyon dollar dəyərində şəxsi reaktiv təyyarə və 14 milyon dollarlıq dəbdəbəli malikanə var.
Ulduz oyunçunun gündəlik rahatlığını təmin etmək üçün 16 tam ştatlı personal xidmət göstərir. Maddi mükafatlar bununla bitmir; o, vurduğu hər qol üçün 110 min dollar, etdiyi hər məhsuldar ötürmə üçün isə 55 min dollar qazanır.
Bundan əlavə, turnirlərdəki uğurlara görə də xüsusi bonuslar nəzərdə tutulub: bombardir olacağı təqdirdə 5,5 milyon dollar, ölkə çempionluğu üçün 11 milyon dollar, Asiya Çempionlar Liqası kuboku üçün isə 9 milyon dollar mükafat alacaq.
Ronaldunun gəlirləri təkcə maaşla məhdudlaşmır; o, illik 83 milyon dollar sponsorluq gəliri əldə edir və hazırda "Əl-Nəsr" klubunda təxminən 45 milyon dollar dəyərində olan 15%-lik ortaq paya sahibdir.
Kamil Xudiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 30 Dekabr 2025 01:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















