Ronen Krausz: İsraillə Azərbaycan üçüncü tərəfin müdaxiləsini neytrallaşdırmağa müvəffəq olub
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
“Düşünürəm ki, dünyada istənilən ölkənin öz xarici siyasətini təyin etmək azadlığı var. Heç bir üçüncü tərəfin bu məsələyə müdaxilə etməyə, hansısa bir ölkəyə necə davranmalı olduğunu və kimlə münasibət qurmalı olduğunu diktə etməyə haqqı yoxdur”.
Bunu İsrail Dövlətinin Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ronen Krauszun APA-ya müsahibəsində deyib.
“Azərbaycan-İsrail münasibətlərinə gəldikdə isə, biz istənilər üçüncü tərəfin müdaxiləsini neytrallaşdırmaqda çox müvəffəq olmuşuq. Siz İranın adını çəkdiniz, təbii ki, bu, baş verməməlidir. Bu müdaxilələrin heç bir əsası yoxdur. İsrail və Azərbaycan mümkün olan ən yaxşı formada öz münasibətlərini saxlamağa və inkişaf etdirməyə davam etməlidir”, - diplomat qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 26 Avqust 2025 20:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















