Rosatom dünyada AES reaktorunda radiotoksik tullantıları yandıran ilk şirkət oldu
Icma.az bildirir, Redaktor.az portalına istinadən.
Rusiyanın "Rosatom" şirkəti dünyada ilk dəfə olaraq atom elektrik stansiyasının (AES) reaktorunda işlənmiş nüvə yanacağında olan çox təhlükəli radioaktiv maddələrin "yandırılması" prosesini uğurla həyata keçirib.
Redaktor.az-ın "kp.ru" saytına istinadən verdiyi məlumata görə, şirkətin bu yeni texnologiyası gələcəkdə nüvə energetikasının ekoloji təhlükəsizliyini əhəmiyyətli dərəcədə artırmağa kömək edəcək.
Beloyarsk AES-in 4-cü enerji blokunda sürətli neytronlarla işləyən BN-800 reaktorunda dünyada ilk təcrübi-sənaye istismar proqramı başa çatıb. Proqram çərçivəsində uran-plutonium yanacağının tərkibinə "minor aktinidlər" - yəni ən yüksək radiotoksikliyə və uzunömürlülüyə malik komponentlər əlavə edilib və onların "yandırılması" prosesi icra olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:219
Bu xəbər 23 Aprel 2026 09:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















