Icma.az
close
up
RU
“Rosatom” İranda 639 rusiyalının işlədiyi AES dəki fəaliyyətini dayandırıb

“Rosatom” İranda 639 rusiyalının işlədiyi AES dəki fəaliyyətini dayandırıb

Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Rusiyanın dövlət nüvə korporasiyası “Rosatom” Yaxın Şərqdə davam edən hərbi münaqişə fonunda İrandakı “Buşehr” Atom Elektrik Stansiyası (AES) tikinti sahəsində işləri tamamilə dayandırdığını açıqlayıb.
Yeniavaz.com
“RIA Novosti”yə istinadən xəbər verir ki, bu barədə şirkətin rəhbəri Aleksey Lixaçev məlumat verib.
Lixaçev bildirib ki, “Rosatom”un mütəxəssisləri hazırda İranın nüvə sənayesi rəhbərliyi ilə əlaqəni itiriblər:
“Telefon və ya elektron poçt vasitəsilə əlaqə saxlamaq mümkün deyil. İranın nüvə obyektlərindəki mövcud vəziyyət qeyri-müəyyəndir”.
Bununla belə, şirkət rəhbəri qeyd edib ki, “Buşehr” AES-in rəhbərliyi və tikinti layihəsi menecerləri ilə müntəzəm əlaqə saxlanılır.
Qeyd olunur ki, hazırda stansiyada 639 rusiyalı mütəxəssis çalışır. Şirkətin bir qrup əməkdaşı isə Tehranda yerləşir və onların artıq ölkəni tərk etməyə başladığı bildirilir.
Lixaçev qeyd edib ki, bağlanma prosesi və iş rejimi nəzərə alınaraq “Buşeh” ərazisindən mərhələli təxliyə planlaşdırılır.
Fevralın 28-də İsrail və ABŞ-nin İrana qarşı hərbi əməliyyatlara başladığı gün “Rosatom” əməkdaşlarının uşaqları və bir sıra işçilərin ölkədən çıxarıldığını açıqlamışdı. Ümumilikdə 94 nəfərin təxliyə edildiyi bildirilib. Qalan əməkdaşlar ya AES ərazisində, ya da yaşayış məntəqəsində yerləşdirilib, Tehranda çalışan işçilər isə Rusiya səfirliyindədir.
Lixaçev həmçinin vurğulayıb ki, nüvə enerjisi obyektləri heç bir halda hərbi hədəfə çevrilməməlidir. Onun sözlərinə görə, şirkət “Buşehr” AES-dəki vəziyyət barədə mütəmadi olaraq Rusiya prezidenti Vladimir Putinə məlumat verir və mümkün təxliyə qərarları üçün siyasi dəstəyə ehtiyac ola bilər.
Qeyd edək ki, AES-in tikintisinə əvvəlcə Almaniyanın “Kraftwerk Union AG” şirkəti tərəfindən başlanılıb, lakin 1980-ci ildə ABŞ sanksiyalarına qoşulma səbəbindən layihə dayandırılıb. 1992-ci ildə Rusiya və İran hökumətləri tikintinin davam etdirilməsi barədə razılıq əldə ediblər. Stansiyanın fiziki işə salınması 2010-cu ilin avqustunda MAQATE-nin nəzarəti altında baş tutub.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 04 Mart 2026 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see321

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see289

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see288

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see286

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see276

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see260

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see253

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see241

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see239

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see235

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see235

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see232

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see217

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see216

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see216

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see214

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see211

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see207

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see193

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri