Rosenior “Çelsi” futbolçularını “Lego” yığma yarışlarında iştiraka məcbur edir
Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.
“Çelsi”nin yeni baş məşqçisi Liam Rosenior oyunçularına əllərini necə düzgün yumağı öyrətməyə başlayandan sonra onları həm də Lego konstruktorlarının yığılması yarışında iştiraka məcbur edir.
İdman.Biz “Daily Mail”ə istinadla bildirir ki, klub komanda daxilində virusların yayılmasının qarşısını almaq üçün xüsusi əlyuma iclası keçirib.
Baş məşqçinin konstruktorun yığılması ideyası isə komandanı birləşdirməyə yönəlib. Rosenior bu metodu oyunçuların meydandan kənarda ünsiyyət qurması və yaradıcılıqla məşğul olması üçün rahat bir yol kimi görür.
“Çelsi” Entso Mareskanın gedişindən sonra 6 yanvarda Roseniorun baş məşqçi təyin olunduğunu elan edib. Klub hazırda 21 oyundan 31 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlində səkkizinci yerdədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 17 Yanvar 2026 07:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















