Rosneft və Lukoyl”a qarşı SANKSİYA: Brent markalı neft 3 faiz bahalaşdı
Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ-nin Rusiyanın neft şirkətləri "Rosneft" və "Lukoyl"a qarşı tətbiq etdiyi yeni sanksiyaların ardınca bu gün ilk Asiya ticarətində neft qiymətləri təxminən 3% bahalaşıb.
Bakıvaxtı.az “LeFigaro.fr”ə istinadən xəbər verir ki, gecə saat 00:30 radələrində Şimali Amerikanın WTI markalı neftinin bir barelinin qiyməti 2,89% artaraq 60,19 dollara, Brent markalı neftin bir barelinin qiyməti isə 2,86% artaraq 64,38 dollara çatıb.
Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi çərşənbə günü Rusiyaya qarşı sanksiyalar elan edib. Rəsmi Vaşinqtondan verilən məlumata görə, bu sanksiyalar Rusiyanın Ukraynada müharibəyə son qoymaq üçün sülh prosesinə ciddi öhdəliyinin olmamasının nəticəsidir. Maliyyə naziri Skot Besent də ABŞ-nin müttəfiqlərini bu sanksiyalara qoşulmağa çağırıb.
Aydın Baxış
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 23 Oktyabr 2025 08:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















