Icma.az
close
up
RU
“Rossotrduniçestvo”nun əsl mahiyyəti “Rus evlər”i casus şəbəkəsi rolunda ARAŞDIRMA

“Rossotrduniçestvo”nun əsl mahiyyəti “Rus evlər”i casus şəbəkəsi rolunda ARAŞDIRMA

Report.az saytına istinadən Icma.az xəbər verir.

Son günlər Rusiya tərəfindən Azərbaycanın media orqanları əsassız və qərəzli formada hədəfə alınıb. Səbəb Azərbaycanda fəaliyyət göstərən "Rus evi" barədə müxtəlif faktların ictimaiyyətə açıqlanmasıdır. Konkret olaraq, “Baku TV”də bu barədə jurnalist araşdırması yayımlanıb. Materialda vurğulanıb ki, “Rossotrduniçestvo” adlanan qurumun tabeliyində olan “Rus ev”ləri ölkəsinin müxtəlif kəşfiyyat orqanlarından aldıqları əmr və tapşırıqlar əsasında fəaliyyət göstərir, bir növ, casusluqla məşğul olurlar. Ortaya qoyulan faktlarla bağlı hüquqi müstəvidə tədbirlər görülməsi bu “evlər”ə nəzarət edən “Rosssotrudniçestvo”nun rəhbəri Yevgeni Primakovdan istənilib.

Maraqlıdır ki, material “Rosssotrudniçestvo”nun rəhbəri Yevgeni Primakovu hiddətləndirib. Halbuki, jurnalist araşdırması dünyanın hər bir yerində hazırlanır və normal haldır. O, qeyri-adekvat reaksiya verərək Azərbaycan KİV-lərini məhkəmə ilə hədələyib. Ardınca Rusiya xarici işlər nazirinin müavini M.Qaluzin Azərbaycanın Rusiyadakı səfirini XİN-ə dəvət edib. Ona bildirilib ki, Azərbaycan KİV-lərində son dövrdə dərc edilmiş anti-Rusiya yazılar silsiləsi, həmçinin Bakıdakı “Rus evi”nə qarşı dezinformasiya kampaniyası təəccüb doğurur.

Qeyri-obyektivlik o həddə çatıb ki, materialı dərc edən Azərbaycanın müstəqil media subyektləri hökumətin nəzarətində olan KİV adlandırılıb.

Bəlkə də, təəccüb doğuracaq nəsə yoxdur. Rəsmi Moskvanın özü indiyə qədər Azərbaycanla bağlı böhtan və hədyanlar yağdıran ölkəsinin media orqanları ilə bağlı bir dəfə də olsun sərt reaksiya göstərməyib. Konkret olaraq, AZAL-a məxsus təyyarənin vurulması ilə bağlı Rusiya mediasının böhtan dolu materiallarını yada salmaq kifayətdir.

Məlumat üçün bildirək ki, Yevgeni Primakov xaricdə yaşayan həmvətənlər və beynəlxalq humanitar əməkdaşlıq üzrə Federal Agentliyin (daha çox "Rossotrudniçestvo" kimi tanınan) rəhbəri Teleqram kanalında işgüzar nüfuzunun müdafiəsi ilə bağlı məhkəməyə iddia hazırladığını bildirib. Görünür, nəvə Primakov babası, keçmiş xarici işlər naziri, ölkəmizə qarşı qalmaqallarda adı hallanan Primakovun yolu ilə gedir.

Özü də bu, ilk hadisə deyil. Bir neçə il əvvəl Rusiya ərazisində Azərbaycanın “oxu.az” xəbər portalının rusdilli versiyası bloklanmışdı. Bundan əvvəl isə “Roskomnadzor” (Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti) Haqqın.az və Minval.az portallarına qarşı analoji addım atmışdı. Halbuki, Azərbaycana qarşı qərəzli materiallar dərc edən nə Simonyanın “Russian Today”i, nə “Sputnik”i, nə Solovyovun absurd çıxışları ölkəmizdə bloklanmayıb.

O ki qaldı "Rossotrudniçestvo”ya, yaxın və uzaq xaricdə yaşayan soydaşları arasında əməkdaşlıq, rus dilinin yayılması və s. məsələləri prioritet elan edən qurumun fəaliyyəti heç də şəffaflıq üzərində qurulmayıb. Onun dünyanın 70-dən artıq ölkəsində 90-a yaxın nümayəndəliyi fəaliyyət göstərir. 1925-ci ildə SSRİ-nin müvafiq strukturlarının xeyir-duası ilə təsis edilib. Şübhəsiz ki, hədəf də casusluq və “ağ qvardiya”nın xaricdə kök salmış nümayəndələrinin məhv edilməsi, rus icmasının daha çox yaşadığı yerlərdə aktiv fəaliyyət olub.

Təşkilat SSRİ-nin təhlükəsizlik orqanları, o cümlədən ovaxtkı NKVD, sonralar isə DTK və Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsindən aldığı əmr və tapşırıqlara uyğun fəaliyyət göstərib. SSRİ dağıldıqdan sonra "Rossotrudniçestvo”ya çevrilən təşkilat fəaliyyətini yeni Rusiya hakimiyyəti ilə davam etdirib. Dəfələrlə adı casus qalmaqallarında çəkilib. Yəni deməyimiz odur ki, Yevgeni Primakov nə qədər rəhbərlik etdiyi qurumu təmizə çıxarmaq istəsə də, faktlar bunun əksini söyləyir. Təsadüfi deyil ki, bunu elə Primakov özü də 2023-cü ildə dolayısı ilə etiraf edib.

Yuxarıda qeyd etdiyimiz kimi, 90-a yaxın ölkədə fəaliyyət göstərən təşkilat məhz casusluğa görə altı ölkədə fəaliyyətini dayandırmalı olub. Avropanın beş ölkəsində Rus mədəniyyət və elm mərkəzləri – “Rus evləri” bağlanıb. Bunlar Sloveniya, Xorvatiya, Makedoniya, Çernoqoriya və Rumıniyadır. Səbəb kimi müxtəlif bəhanələr göstərilsə də, bəllidir ki, onların fəaliyyətlərinə məhz casusluq səbəbindən xitam verilib, əməkdaşlar isə ölkədən qovulub. 2023-cü ilin əvvəlində Buxarestdəki “Rus evi”nin fəaliyyəti Rumıniya hakimiyyətinin qərarı ilə dayandırılıb.

Danimarka "Information" qəzetinin dərc etdiyi məlumatda ölkədə Rusiya səfirliyi və "Rossotrudniçestvo"nun örtüyü altında işləyən Baş Kəşfiyyat İdarəsi zabitlərinin adları göstərilmişdi: "Elm və mədəniyyət mərkəzi kimi təqdim olunan Danimarkadakı “Rus evi” uzun illər Rusiya kəşfiyyatı üçün örtük rolunu oynayıb. Burada keçirilən tədbirlərin foto və video materiallarını araşdıran jurnalistlər qovulmuş casuslardan bəzilərini aşkar ediblər".

Bu evlər Kiprdə də analoji fəaliyyəti ilə yadda qalıb. Kiprdəki "Rossotrudniçestvo"nun fəaliyyəti haqqında yerli nəşrlərdən birində belə yazı dərc olunub: "Kiprdə, digər ölkələrdə olduğu kimi, xarici vətəndaşların Rusiyada təhsil almaq üçün cəlb edilməsi, seçilməsi və hazırlanması proqramını həyata keçirən əsas qurum - Nikosiyadakı Rusiya Elm və Mədəniyyət Mərkəzi (REMM) və ya "Rus evi" adlanan mərkəzdir. Elm və mədəni-təhsil müəssisələri adı altında fəaliyyət göstərən Rusiyanın xüsusi xidmət orqanlarının bu cür agent mərkəzləri Kremlin Rusiyadan kənarda qurduğu qlobal təsir sistemində ən mühüm rol oynayır".

"Rossotrudniçestvo”nun casusluğunun sübut olunduğu ölkələr sırasında Almaniya da var. Bu, xüsusilə də, Rusiyanın Ukraynaya qarşı tam miqyaslı hərbi müdaxiləsinin başlanğıcından bəri daha da güclənib. Yayılan məlumatlara görə, Almaniya hökuməti Berlindəki “Rus evi”ni bağlamağa hazırlaşır. Bəzi məlumatlara görə, bu mərkəzin nümayəndələrindən biri "Vaqner" hərbiləşdirilmiş dəstəsinin üzvlərindən biridir. Məsələn, "Yaşıllar" partiyasından olan keçmiş Bundestaq deputatı Folker Bek Almaniyanın keçmiş xarici işlər naziri Annalena Berboka Berlindəki "Rus evi" - Rusiya Elm və Mədəniyyət Evinin əməkdaşlarının ölkədə arzuolunmaz elan edilməsi tələbi ilə məktubla müraciət edib. Siyasətçi hakimiyyəti orqanlarını Aİ-nin sanksiya siyahısına daxil edilmiş “Rossotrudniçestvo”ya tabe olan "Rus evi"nə qarşı heç bir tədbir görməməkdə ittiham edib.

Xatırladaq ki, 2023-cü ilin əvvəlində “Reuters” agentliyi “Rus evi”nin Almaniyada ictimai rəyə necə təsir göstərməyə çalışması barədə araşdırma dərc edib. Almaniyanın “DW” nəşri də yazır ki, Rusiyaya qarşı sanksiyalar fonunda bu mərkəzlər bağlanmalıdır. "Vəziyyət axmaqdır. Elə təəssürat yaranır ki, Almaniya Avropa İttifaqının tətbiq etdiyi sanksiyaları yerinə yetirmir” – nəşr yazır.

Göründüyü kimi, "Rossotrudniçestvo" və onun xarici nümayəndəliklərinin Rusiya xüsusi xidmət orqanları üçün "pərdə" rolunu oynadığına dair kifayət qədər şübhələr var. Bütün bu qeyd olunan faktlar Yevgeni Primakovun və rəhbərlik etdiyi qurumun iddialarının əsasslığını üzə çıxarır. Primakov və ətrafı qeyd edilənləri və öz etiraflarını nəzərə alsalar, yaxşı olar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:68
embedMənbə:https://report.az
archiveBu xəbər 28 Yanvar 2025 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri