Icma.az
close
up
RU
Rostovda azərbaycanlı miqrantları nələr gözləyir?

Rostovda azərbaycanlı miqrantları nələr gözləyir?

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Rusiyada miqrasiya qanunvericiliyinin sərtləşdirilməsi və əmək bazarında dövlət nəzarətinin gücləndirilməsi həyata keçirilir. Ölkədə işləyən və ya ora getməyə hazırlaşan milyonlarla miqrantı, eləcə də işəgötürənləri ciddi dəyişikliklər gözləyir. Əmək bazarında köhnə qaydaların yerini daha sərt nəzarət mexanizmləri və rəqəmsal izləmə sistemləri tutur.

Diqqətçəkən qərarlardan biri Rostov vilayətində qəbul edilib. Regionun qubernatoru Yuri Slyusarın imzaladığı fərmana əsasən, 1 aprel – 31 dekabr 2026-cı il tarixlərində patent sistemi ilə çalışan xarici vətəndaşlara bir sıra sahələrdə işləmək qadağan olunub. Bu sahələrə kuryer xidməti, ərzaq, içki və tütün məhsullarının topdan və pərakəndə satışı, quru və boru kəməri nəqliyyatı, eləcə də poçt rabitəsi daxildir. Bundan əlavə, mart 1-dən etibarən patent əsasında çalışan xarici vətəndaşlara qiymətli metalların satışı və fitnes mərkəzlərində fəaliyyət də qadağan ediləcək. Bu qərar regionda xidmət və ticarət sektorunda çalışan minlərlə miqrantın fəaliyyətini məhdudlaşdıracaq. Oxşar məhdudiyyətlər Rusiyanın 32 regionunda tətbiq edilir. Qadağalar çatdırılma xidməti, taksi fəaliyyəti, ticarət və logistika kimi sahələri əhatə edir. Xüsusilə xidmət və logistika sektorunda çalışan miqrantlar üçün bu dəyişikliklər əmək bazarında rəqabətin artmasına və fəaliyyət sahələrinin məhdudlaşmasına səbəb olacaq.

Ümumiyyətlə, yeni qaydalar yalnız patent sistemi ilə işləyən xarici vətəndaşlara şamil olunur. Bu kateqoriyaya əsasən Azərbaycan, Moldova, Tacikistan və Özbəkistan vətəndaşları daxildir. Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin – Belarus, Qazaxıstan, Ermənistan və Qırğızıstan vətəndaşlarının isə patentsiz işləmək hüququ var və bu qadağalara məruz qalmırlar.

Rusiya mediası 2025-ci ildə Rostov vilayətinə miqrant axınının 5 faizdən çox artdığını qeyd edib. Regiona gələnlərin böyük hissəsi əmək miqrantlarıdır. Ekspertlər bu artımı qonşu regionlarda patent ödənişlərinin yüksəldilməsi ilə izah edirlər. Rostov vilayəti coğrafi baxımdan Cənub Federal Dairəsinin əsas iqtisadi mərkəzlərindən biri kimi əmək miqrasiyası üçün cəlbedici sayılır. Burada logistika, ticarət və xidmət sektorları inkişaf edib. Azərbaycan vətəndaşları da ənənəvi olaraq bu sahələrə üz tuturlar.

Rusiyada vergi sahəsində də dəyişikliklər müzakirə olunur. “Vedomosti” qəzetinin məlumatına görə, Maliyyə Nazirliyi miqrasiya və vergi qanunvericiliyinə sistemli dəyişikliklər paketi hazırlayıb. Təkliflərdən birinə əsasən, patentlə işləyən əmək miqrantlarının yetkinlik yaşına çatmayan uşaqlarına görə gəlir vergisi üzrə sabit ödəniş etmələri nəzərdə tutulur.

Mövzu ilə bağlı XQ-yə açıqlama verən hüquqşünas Samir Osmanlının sözlərinə görə, Rusiyada miqrasiya siyasətində müşahidə olunan sərtləşmə təkcə hüquqi dəyişiklik deyil, həm də əmək bazarının strukturuna və miqrantların fəaliyyət imkanlarına təsir göstərə biləcək genişmiqyaslı transformasiyanın başlanğıcıdır. Əlbəttə, bu, azərbaycanlı miqrantlara da təsir göstərəcək.

Birincisi, Rusiyadakı azərbaycanlı miqrantların əksəriyyəti xidmət və ticarət sektorunda çalışır. Kuryerlik, pərakəndə satış və kiçik sahibkarlıq sahələri onların əsas məşğulluq sahələridir. Qadağaların məhz bu sektorları əhatə etməsi müəyyən sayda soydaşımızın iş yerini itirməsi və ya fəaliyyət sahəsini dəyişmək məcburiyyətində qalması ilə nəticələnəcək. Bu isə həm fərdi gəlirlərə, həm də Azərbaycana göndərilən pul köçürmələrinin həcminə təsir göstərəcək.

İkincisi, Rusiya mediasında qərarın əsaslandırılması “yerli əmək bazarının qorunması” və “Rusiya vətəndaşları üçün əlavə iş imkanlarının yaradılması” kimi təqdim olunur. Lakin iqtisadçıların bir qismi hesab edir ki, xidmət sektorunda işçi qüvvəsinə tələbat yüksək olaraq qalır və miqrantların qısa müddətdə yerli işçilərlə tam əvəzlənməsi real deyil. Çünki Rusiya vətəndaşları bu sahəyə o qədər də maraq göstərmirlər. Bu kontekstdə, əgər işçi çatışmazlığı yaranarsa, qərarın yumşaldılması və ya müəyyən sahələr üzrə yenidən nəzərdən keçirilməsi ehtimalı var.

Üçüncüsü, qərarın Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin vətəndaşlarına şamil edilməməsi regionda rəqabət mühitini dəyişəcək. Əslində, eyni sektorda çalışan azərbaycanlı vətəndaşla Aİİ üzvü olan ölkənin vətəndaşı arasında hüquqi status fərqi yaranır. Bu isə əmək bazarında qeyri-bərabər şərtlər formalaşdıra və Azərbaycan vətəndaşlarının mövqelərini zəiflədə bilər. Uzunmüddətli perspektivdə bu amil Azərbaycan–Rusiya əmək miqrasiyası münasibətlərinin yeni hüquqi mexanizmlərlə tənzimlənməsi məsələsini gündəmə gətirə bilər.

Burada bir amilə də diqqət etmək lazımdır. Rusiya mediasında həmçinin vurğulanıb ki, region rəhbərliyi biznes strukturlarına uyğunlaşma üçün müəyyən keçid müddəti verib. Bu müddət ərzində işəgötürənlər əmək münasibətlərini yenidən qurmalı, ehtiyac yaranarsa, yerli işçi qüvvəsi cəlb etməli və ya fəaliyyət istiqamətlərini dəyişməlidirlər. Təcrübə göstərir ki, bəzi regionlarda oxşar məhdudiyyətlər tətbiq edildikdən sonra iqtisadi çətinliklər səbəbindən qadağaların bir hissəsi geri götürülüb. Rostov vilayətində qəbul edilən qərarın real nəticələri onun davamlı olub-olmayacağını müəyyən edəcək.

İqtisadçı Kamran Abdullayevin rəyinə görə, məhdudiyyətlərin ən çox təsir göstərəcəyi sahələr xidmət və pərakəndə ticarət sektorudur: “Rostov vilayətinin timsalında tətbiq edilən kuryer xidməti, çatdırılma, kiçik marketlər və tütün satışı kimi sahələr son illər əsasən miqrant əməyinə söykənib. Əgər qadağa real icra mexanizmləri ilə ciddi tətbiq olunarsa, qısa müddətdə kəskin əmək çatışmazlığı yaranacaq. Bu isə 2 nəticəyə gətirib çıxara bilər: ya əməkhaqqı artacaq və yerli işçilər üçün bu sahələr daha cəlbedici olacaq, ya da biznes subyektləri xərclərin artması səbəbindən qiymətləri yüksəltməyə məcbur olacaqlar. Hər iki halda bazarda struktur dəyişikliyi qaçılmazdır.

İslahatın ən mühüm elementlərindən biri rəqəmsal nəzarətin gücləndirilməsidir. Yaxın illərdə Xarici İşçilərin Reyestri (XİR) və xaricdən işçi qəbul etmək niyyətində olan işəgötürənlərin vahid siyahısı formalaşdırılacaq. Bu, fərdi qaydada və ya tanışlıq əlaqələri ilə Rusiyaya gedib iş tapan həmvətənlərimiz üçün rəsmi müqaviləsiz fəaliyyət göstərməyi qeyri-mümkün edəcək. Hökumət hər il hər bir region üçün xarici işçi kvotasını müəyyən edəcək ki, bu da azərbaycanlı miqrantların seçim imkanlarını məhdudlaşdıra bilər. İqtisadi baxımdan da yeni yükün yaranması gözlənilir. Hər bir əmək miqrantı üçün dövlət büdcəsinə aylıq 1,2 min rubl məbləğində vergi avansının ödənilməsi tələb olunacaq. Əgər miqrant ölkəyə ailə üzvlərini gətiribsə, bu ödənişlərin məbləği artacaq.

Belə olan halda, Azərbaycanın iqtisadi maraqları çərçivəsində əmək miqrasiyasının alternativ istiqamətlərinin araşdırılması aktuallaşır. Son illər ölkə daxilində məşğulluğun artırılması, kiçik və orta sahibkarlığın inkişafı, regionlarda yeni iş yerlərinin yaradılması istiqamətində həyata keçirilən proqramlar xaricdə işləyən vətəndaşların bir hissəsinin geri qayıdaraq yerli iqtisadiyyata inteqrasiyasına imkan yaradır”.

Beləliklə, Rostov vilayətində tətbiq edilən məhdudiyyətlər regional səviyyədə qəbul edilsə də, onların təsiri daha geniş coğrafiyanı əhatə edir. Azərbaycan üçün əsas məsələ bu qərarın ölkə vətəndaşlarının məşğulluğuna və gəlir imkanlarına mümkün təsirinin minimallaşdırılması, hüquqi və diplomatik müstəvidə maraqların qorunması və alternativ iqtisadi imkanların genişləndirilməsidir. Bu qərarın regionda güclü mövqeyə sahib erməni lobbisinin təsiri ilə qəbul edildiyi ehtimalı da var.

Pünhan ƏFƏNDİYEV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:144
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Fevral 2026 02:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see760

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see497

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see293

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see280

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see268

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see264

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see262

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see257

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see244

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see230

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see222

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see218

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see218

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see217

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see212

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see212

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see211

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see203

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see194

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri