Icma.az
close
up
RU
Rövşən Əsgərov təkcə Jukovu “talançı” saydığına görə təqib edilməyəcək İş böyüyür

Rövşən Əsgərov təkcə Jukovu “talançı” saydığına görə təqib edilməyəcək İş böyüyür

Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.

Rusiyada fəaliyyət göstərən “Xalqın çağırışı” ictimai hərəkatı azərbaycanlı yarışmaçı, “Nə? Harada? Nə vaxt” viktorinasının iştirakçısı Rövşən Əsgərovun Ukrayna ordusu tərəfindən Belqoroda zərbələr endirilərkən dediyi sözlərə görə cəzalandırılmaslnı tələb edir.

Turkustan.az xəbər verir ki, bu barədə aif.ru saytına hərəkatın sədri Sergey Zaytsev məlumat verib.
Xaricə qaçan Əsgərov Yuri Dudaya müsahibəsində bildirib ki, Ukrayna raketlərinin Belqoroda zərbə endirməsinə görə bir misqal da acımır.

Zaitsev aif.ru ilə söhbətində onun açıqlamalarını əxlaqsızlıq adlandırıb. Bundan əlavə, o qeyd edib ki, “xarici agent”in sözlərində nifrətin qızışdırılması və terrora haqq qazandıran əlamətlər ola bilər.

“Rövşən Əsgərovun Ukrayna Silahlı Qüvvələrinin Belqorodda dinc sakinləri atəşə tutması ilə bağlı təəssüf hissi keçirmədiyini ifadə edən bəyanatları bizdə hədsiz hiddət və ikrah doğurur. Bunlar qeyri-insani sözlərdir ki, heç nə ilə əsaslandırıla bilməz. Bununla əlaqədar, biz şübhəsiz ki, Rövşən Əsgərovun ifadələrində Rusiya qanunvericiliyinə uyğun olaraq cinayət tərkibinin olub-olmadığını müəyyən etmək üçün Rusiya Federasiyasının İstintaq Komitəsinə hərtərəfli yoxlanılması tələbi ilə müraciət edəcəyik”, - “Xalqın çağırışı”nın sədri bildirib.

Aif.ru saytının həmsöhbəti hüquq-mühafizə orqanlarının bu sözlərə lazımi qiymət verəcəyinə və müvafiq tədbirlər görəcəyinə ümid etdiyini bildirib”.

Əsgərov artıq nasizmin reabilitasiyası üçün axtarışa verilib. Bundan əvvəl o, marşal Jukovu “talançı” adlandırıb. Ancaq necə olur ki, rusiyalı tarixçilərin təsbit etdiyi bu gerçək Əsgərovun dilindən səsləndikdə cinayət təqibənə əsas verir, bu, müəmmalıdır. Bir neçə gün əvvəl Daxili İşlər Nazirliyi Əsgərovu yenidən axtarışa verib./Musavat.com

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:140
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 13 Mart 2025 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see159

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see155

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see154

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see151

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see135

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see133

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see128

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri