Rövşən Nəcəf İtaliyada mühüm görüşlər keçirib
Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf İtaliyaya səfəri çərçivəsində bir sıra görüşlər keçirib.
Bu barədə mətbuata SOCAR-dan məlumat verilib. "Əvvəlcə "Italiana Petroli" şirkətinin ofisində İdarə Heyətinin üzvləri, həmçinin SOCAR və "Italiana Petroli" nümayəndələri ilə görüş keçirilib", - məlumatda bildirilib.
Görüşdə şirkətin cari fəaliyyəti, İtaliya bazarındakı mövqeyi, strateji hədəfləri və qarşıdakı dövr üzrə prioritet məsələlər müzakirə edilib. Daha sonra SOCAR-ın prezidenti İtaliyanın enerji sektorunu təmsil edən UNEM təşkilatının prezidenti Canni Murano və "Confindustria" Konfederasiyasının enerji üzrə nümayəndəsi Aurelio Regina ilə görüşlər keçirilib.
Görüşlərdə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın artan rolu, Cənub Qaz Dəhlizinin genişləndirilməsi istiqamətində atılan addımların əhəmiyyəti qeyd olunub. SOCAR ilə İtaliya şirkətləri arasında enerji sektorunun müxtəlif istiqamətlərində, o cümlədən infrastrukturun inkişafı, təbii qazın nəqli və təchizatı sahələrində əməkdaşlıq imkanları nəzərdən keçirilib, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Mətləb
Baxış sayı:168
Bu xəbər 29 May 2026 02:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















