Rövşən Nəcəf Karlo Korsi ilə görüşüb FOTO
Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.
SOCAR-ın prezidenti Rövşən Nəcəf "Technip Energies Italy S.p.a."nın baş icraçı direktoru Karlo Korsi ilə görüşüb.
Moderator.az xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.
Bildirilib ki, görüşdə şirkətlər arasında ötən illər ərzində formalaşmış uğurlu tərəfdaşlıqdan məmnunluq ifadə olunub, potensial əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi ilə qarşılıqlı faydalı əlaqələrin genişləndirilməsinin önəmi vurğulanıb.
Söhbət zamanı neft-kimya sahəsində yüksək xammal çevikliyinə malik istehsal həllərinin tətbiqi, eləcə də məhsuldarlığın artırılması və enerji səmərəliliyinin yüksəldilməsi istiqamətlərində mümkün əməkdaşlıq məsələləri nəzərdən keçirilib.
Tərəflər SOCAR-ın xarici ölkələrdə icra etdiyi layihələrdə "Technip Energies Italy S.p.a." şirkətinin iştirakı imkanlarına, yaşıl enerji və dekarbonizasiya layihələri üzrə tərəfdaşlığa dair fikir mübadiləsi aparıblar.
Görüş çərçivəsində SOCAR ilə "Technip Energies Italy S.p.a." arasında Anlaşma Memorandumu imzalanıb.
Qeyd edək ki, sənəd "Petkim Master Plan" layihəsi çərçivəsində potensial əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsini nəzərdə tutur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 09 İyul 2026 14:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















