Icma.az
close
up
RU
Rövşən Rzayev xarici jurnalistlərlə görüşdü FOTOLAR

Rövşən Rzayev xarici jurnalistlərlə görüşdü FOTOLAR

Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ölkəmizə səfərə gələn,  BMT Baş Qərargahında akkreditə olunmuş və BMT Müxbirlər Assosiasiyasına üzv jurnalistlər – Vüsalə Abbasova, Stefano Vakkara, Cordan Dakamseh ilə görüşüb. 

"Unikal" xəbər verir ki, jurnalistlərə ölkəmizdə qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində həyata keçirilən dövlət siyasəti və komitənin fəaliyyəti barədə məlumat verilib. Ermənistanın deportasiya və işğal siyasətinin tarixi kökləri, bu siyasətin nəticəsində yaranan qaçqın və məcburi köçkün problemi və soydaşlarımızın vaxtilə üzləşdikləri məhrumiyyətlər geniş şəkildə izah olunub. Bildirilib ki, münaqişənin ilk illərində məcburi köçkünlər müxtəlif müvəqqəti yaşayış obyektlərində və çadır düşərgələrində çətin şəraitdə məskunlaşıblar. Dövlət tərəfindən onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə müasir standartlara cavab verən qəsəbələr, yaşayış kompleksləri inşa edilib. 

Diqqətə çatdırılıb ki, hər bir məcburi köçkün dövlətin sosial siyasətinə uyğun olaraq təhsil və səhiyyə xidmətlərindən, eləcə də dövlət büdcəsinin vəsaiti hesabına müəyyənləşdirilən güzəşt və imtiyazlardan yararlanırlar. Onların maddi rifahının yüksəldilməsi üçün tədbirlər görülür. Prezident İlham Əliyevin sosial siyasətinin prioritetləri arasında məcburi köçkünlərin problemlərinin həlli mühüm yer tutur və Birinci vitse-prezident Mehriban Əliyeva bu sahəyə xüsusi diqqət yetirir.

Hazırda Azərbaycan ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa edib. Beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq, keçmiş məcburi köçkünlərin  könüllü, təhlükəsiz və ləyaqətli şəkildə doğma yurda qayıdışı həyata keçirilir. Bu məqsədlə müvafiq Dövlət Proqramı qəbul edilib, genişmiqyaslı tədbirlər uğurla icra olunur. Lakin işğal dövründə minalanmış ərazilər bu prosesi ləngidir. İşğaldan azad edilmiş ərazilərdə problemlərin mərkəzləşdirilmiş şəkildə həlli üçün Əlaqələndirmə Qərargahı yaradılıb. Bu qurum sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələləri həll edir. 

Doğma yurda qayıdışa münasibəti öyrənmək üçün keçmiş məcburi köçkünlər arasında sorğu keçirilir, bundan sonra komitə ilə köçkün arasında niyyət protokolu imzalanır.  Yaşayış sahələrinin bölgüsündə şəffaflıq və ədaləti təmin etmək üçün püşkatma keçirilir. 

Jurnalistlər səmimi və faydalı görüşə görə minnətdarlıq bildirərək, səfərin məqsədinin Azərbaycan həqiqətlərini obyektiv şəkildə beynəlxalq ictimaiyyətə çatdırmaq olduğunu vurğulayıblar.

Qonaqlar qeyd ediblər ki, qaçqın və məcburi köçkün məsələsi bəzi ölkələrin qarşılaşdığı ən çətin vəziyyətdir. Ləyaqətli qayıdış məcburi köçkün üçün ən əhəmiyyətli amildir. Azərbaycan bu kateqoriyadan olan şəxslərin  təhlükəsiz və ləyaqətlə geri dönməsi üçün real imkanlar yaradıb.

Görüşdə jurnalistlərin sualları ətraflı cavablandırılıb.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:75
embedMənbə:https://unikal.az
archiveBu xəbər 13 İyun 2025 18:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see213

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see196

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see179

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see166

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see155

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see154

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see153

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see152

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see144

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see135

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see132

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see130

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see128

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see127

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri