Rövşən Tağıyev: Yol polisi qanunsuz taksi fəaliyyəti ilə mübarizə aparır
Icma.az, Baku.ws portalına istinadən məlumat verir.
Yol polisi qanunsuz taksi fəaliyyəti ilə mübarizə aparır.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə şöbəsinin rəisi Rövşən Tağıyev Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən "İctimai proseslər media müstəvisində" mövzusunda İkinci Forum çərçivəsində "Nəqliyyat infrastrukturunda davamlı həllər media müstəvisində" adlı panelin sual-cavab hissəsində deyib.
Onun sözlərinə görə, mübarizə hallarına baxmayaraq, yenə də qanunsuz taksi fəaliyyəti halları var:
"Yol polisi bir nöqtəyə daimi təhkim oluna bilməz, bu, aydındır. Buna görə də polis heyəti ərazidən uzaqlaşan zaman yenidən qanunsuz taksi fəaliyyəti hallarına rast gəlinir. Biz bu istiqamətdə mütəmadi olaraq mübarizə tədbirləri həyata keçiririk və bu proses davam etdiriləcək".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 02 May 2025 15:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















