Rövşən yığmadan qovulmasıyla bağlı bütün detalları açıqladı
Icma.az, Footbal-plus saytına istinadən bildirir.
Futzal millimizin qapıçısı Rövşən Hüseynli “Football-plus.az”a açıqlama verib.
Yığmamızın baş məqşçisi Vitali Borisovun intizamsızlıq səbəbiylə heyətdən kənarlaşdırdığı təcrübəli oyunçu məsələyə aydınlıq gətirib:
“Hamıya bəllidi ki, Qazaxıstanda legioner həyatı yaşayır, “Astana” komandasının şərəfini qoruyuram. Bu çempionatda oyunlar iki gün ardıcıl keçirilir. Bu üzdən aprelin 4-də və 5-də kollektivimin əsas heyət oyunçusu kimi meydana çıxdım və iki matçda tər tökdüm. 5-dən 6-na keçən gecə Astanadan Bakıya gəldim. Daha doğrusu, səhər saatlarında paytaxta çatdım. Elə həmin gün millimizin düşərgəsinə qoşuldum və “Olimpik Star”da baş tutan, saat 12.00-dan 14.00-a , 21.00-dan 23.00-a kimi davam edən səhər və axşam məşqlərində iştirak etdim. Burdan çıxıb Mərdəkana yollanmalı, “Liv Bona Dea Arena”da gecələməliydik. Lakin mən ailəmin yanına yollanmaq istədiyimi bildirdim. Robot deyiləm. İllərdi legioner həyatı yaşayıram. Hava şəraitinə görə ailəmi özümlə birlikdə Qazaxıstana aparmaq mümkün deyil. Bu üzdən övladımla zaman keçirmək istədim. Daha əvvəl dəfələrlə mənə belə şərait yaradılıb. Düşünürdüm ki, indi də hansısa problem olmayacaq. Axı iki gün ardıcıl meydana çıxandan sonra istirahət etmədən Bakıya gəlib düşərgəyə qoşuldum və məşqlərdə iştirak etdim. Sadəcə, məşqdən sonra ailəmlə zaman keçirmək mənə motivasiya baxımından daha yaxşı təsir edəcəkdi, nəinki yol yorğunluğuyla məşq etdikdən sonra belə uzun məsafə qət edib Mərdəkana getmək. Özü də yalnız yatmaq üçün. O başqa məsələ ki, baş məşqçimizin qərarına hörmətlə yanaşıram. Hələ ki Bakıdayam Məsələnin nə ilə nəticələnəcəyini gözləyirəm. Sadəcə, haqqımda “intizamsız oyunçu” ifadəsinin işlənməsini qəbul edə bilmirəm. Mən nə “Araz-Naxçıvan”da, nə millidə, nə də legioner həyatı yaşadığım komandalarda intizamsızlıq etmişəm”.
KƏNAN BAHADIR
Baxış sayı:90
Bu xəbər 08 Aprel 2025 23:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















