Rövzət Qasımov açıqladı: Əsas məqsədimiz dairə seçki komissiyalarında...
Teleqraf.com saytına istinadən Icma.az xəbər verir.
Əsas məqsədimiz dairə seçki komissiyasalarında namizədlərin təqdim etdiyi imza vərəqələrinin yoxlanılmasına məsul olan şəxslərin maarifləndirilməsidir.
Teleqraf.com xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının sərd müavini Rövzət Qasımov jurnalistlərə açıqlamasında deyib.
Qurum rəsmisi bildirib ki, bu seminarda maraqlı məqamlar qarşılıqlı fikir mübadiləsi əsasında müzakirə ediləcək:
"Bu dəfəki layihə fərqli formatda dizayn olunub. Burada əvvəlki seçkilərdəki təcrübələrə geniş yer verəcəyik. Bununla bağlı yaradılmış işçi qrupları minlərlə namizədin sənədlərinin yoxlanılmasından məsuldular. Onlar DSK-ya sənədləri təqdim edəcək və həmin sənədlər əsasında namizədlərin qeydiyyat məsələsi həll olunacaq".
Rövzət Qasımov əlavə edib ki, bu günə qədər bələdiyyə institutunda müəyyən dəyişikliklər olub: "Nəzərə alsaq ki, bizdə əvvəllər bədələdiyyə institutu olmayıb. Proses 1999-ci ildən başlayıb".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 19 Dekabr 2024 11:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















