Röya Ayxan Şöhrət ordeni istəyir: Ola bilsin, o adı almayım, amma...
Mia.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Xalq artisti Röya Ayxan verdiyi açıqlama ilə yenidən gündəmə gəlib.
Mia.az xəbər verir ki, pop ulduz ən böyük arzusunun "Şöhrət" ordeninə layiq görülmək olduğunu bildirib və bu barədə səmimi etiraflar edib.
Röya Ayxan qeyd edib ki, bu günə qədər qazandığı uğurlara baxmayaraq, özünə qarşı tələbləri hər zaman yüksək olub: "Bu günə qədər özümə güvənmirəm. Nə etmişəm ki? Şöhrət ordeni qazanmayana, ona layiq olmayana qədər nə etmişəm ki?".
Sənətçi həmin mükafatın onun üçün xüsusi anlam daşıdığını da bildirib: "O mükafat çox gözəldir. Mənsum müəllim o adı alanda böyük həyəcan keçirmişdim. Güzgüdə özümə baxıb demişdim ki, sən durmayacaqsan, çalışacaqsan və nail olacaqsan".
Röya Ayxan sözlərinə davam edərək məqsəd və arzuların sənət yolunda əsas motivasiya olduğunu qeyd edib: "Məqsəd gözəldir, arzu ondan da gözəl ola bilər. Ola bilsin, o adı almayım, amma ölənə qədər çalışacağam".
Xalq artistinin bu səmimi etirafı sosial şəbəkələrdə marağa səbəb olub. (Milli.Az)
Baxış sayı:63
Bu xəbər 14 Yanvar 2026 15:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















