Röya Ayxanın “Ağlama”sı Zirvədə Pop Ulduzumuzdan Yeni Uğur!
Icma.az, Dogru.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Pop musiqimizin sevilən siması Röya Ayxanın ifasında təqdim olunan “Ağlama” mahnısı böyük uğurla Azərbaycan musiqi meydanında diqqət mərkəzindədir. “Səs Azərbaycan” layihəsinin möhtəşəm final gecəsində Cəmilə Həşimova ilə duet şəklində səsləndirilən bu mahnı qısa zamanda dinləyicilərin qəlbində öz yerini tutub.
YouTube Azərbaycan trendlərinə daxil olan “Ağlama” sosial şəbəkələrdə də geniş yayılaraq viral fenomenə çevrilib. Onlarla məşhur şəxsiyyət və influenser mahnıya dəstək verərək, ifanı “ilin ən təsirli ifası” adlandırıblar.
Bununla da Röya yeni bir rekord qırıb – “Ağlama” Apple Music Azerbaijan platformasında 1-ci pilləyə yüksələrək sənətçinin yeni uğuruna çevrilib. Hal-hazırda Apple Music Top 100 siyahısında 11 mahnısı ilə ən çox mahnısı olan müğənni kimi seçilən Röya, “Ağlama” ilə birinci, “Bahar” ilə isə üçüncü sıradadır.
25 illik səhnə fəaliyyəti ərzində dinləyicilərini həmişə yenilik və güclü emosiyalarla sevindirən Röya Ayxan bir daha göstərdi ki, Azərbaycan musiqisinin əvəzolunmaz ulduzudur.
Doğru.az olaraq Röyanın bu uğurunu təbrik edir, gələcək layihələrində yeni-yeni zirvələrə çatmasını arzulayırıq!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 29 May 2025 17:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















