Röyanın icra başçısı ilə bu şəkli tənqid olundu FOTOLAR
Icma.az, Modern.az saytına istinadən bildirir.
Xətai rayon İcra Hakimiyyətinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təşkil etdiyi tədbir sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Modern.az-ın məlumatına görə, müzakirələrə səbəb Xalq artisti Röya Ayxanın İcra Hakimiyyətinə idman geyimində gəlməsi və icra başçısı ilə görüşməsi olub.
Xüsusilə Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyevin müğənnini şəxsən qarşılaması və onunla şəkil çəkdirməsi ciddi şəkildə qınanılıb.
İcra başcısının sənətçini gül dəstəsi ilə qarşılaması və müavinləri ilə onu müşaiyət etməsi də tənqid olunub.
Qeyd edilib ki, bəzən günlərlə İcra Hakimiyyətinin qapısında qəbul növbəsi gözləyən vətəndaşlar varkən, icra başçısının şou nümayəndəsilə rəsmi protokol qaydalarına uyğun şəkildə davranışı anlaşılmazdır.
Dünənki tədbirin bədii hissəsində Röya Ayxanın iştirakı ilə bayram konserti təqdim edilib. Sonda Xalq artistinə hədiyyələr verilib.


Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 30 Dekabr 2025 13:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















