Roza Zərgərli Nikol Şerzingerlə eyni səhnədə!
Olay.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
31 avqustda Qırğızıstanın paytaxtı Bişkekdə VI Dünya Köçəri Oyunlarının təntənəli açılış mərasimi keçiriləcək.
OLAY yazır ki, tədbir yeni inşa olunan, 51 min tamaşaçı tutumuna malik “Bişkek Arena”da baş tutacaq.
Gecənin dünya şöhrətli musiqili qonaqlarından biri “The Pussycat Dolls” qrupunun solisti kimi məşhurlaşan Nikol Şerzinger olacaq. Azərbaycanlı müğənni Roza Zərgərli də açılış mərasiminin xüsusi qonaqları sırasında yer alacaq.
Açılış mərasiminə bir sıra ölkələrin dövlət və hökumət başçılarının, yüksək səviyyəli nümayəndə heyətlərinin qatılması gözlənilir. Bişkek eyni günlərdə Şanxay Əməkdaşlıq Təşkilatının sammitinə də ev sahibliyi etdiyindən dünyanın müxtəlif ölkələrindən çoxsaylı liderlər hazırda Qırğızıstandadır
Baxış sayı:117
Bu xəbər 31 Avqust 2026 13:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















