RTV 2 yaşında
Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
"Rekord" TV-nin (RTV) 2 yaşı tamam olub.
Bakıvaxtı.az xatırladır ki, RTV 2023-cü il avqustun 1-dən fəaliyyətə başlayıb.
Yaşı az olsa da, addımları qətiyyətli, hədəfləri böyükdür.
Rəqabətin sərt, alternativlərin çox, izləyicinin tələbkar olduğu bir dövrdə fərqlənmək, tanınmaq çox çətindir. Peşəkar teleməkanda, nəhəng youtub kanalları arasında adının olması, seyrçinin sənə güvənməsi, səni seçməsi üçün illərlə yol gəlib zərrə-zərrə etimad, etibar qazanmalısan. RTV əməkdaşları da bunun asan olmadığını bilir.
Necə deyərlər, bu yolun "gülü"nə də, "tikanı"na da hazırdırlar. Məqsəd adı doğrultmaqdır - rekord qırmaqdır.
Bakıvaxtı.az olaraq RTV əməkdaşlarını kanalın fəaliyyətə başlamasını 2 illiyi münasibətilə təbrik edir, yeni yaradıcılıq uğurları arzulayırıq.
Baxış sayı:83
Bu xəbər 02 Avqust 2025 12:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















