Ruandanın dövlət naziri: Ruanda və Azərbaycan şəhərsalma sahəsində ortaq anlayışa sahibdir
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 17 may, AZƏRTAC
Bakıda əldə olunan naliyyətlərə, həll edilən çətinliklərə baxsanız, burada bir model görülə bilər. Bu, yalnız Bakıda olanı təkrarlamaq demək deyil, həm də şəhərin indiki vəziyyətinə kömək edən prinsipləri öyrənməkdir.
Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) iştirakçısı, Ruanda Respublikasının dövlət naziri və infrastruktur naziri Jean de Dieu Uwihanganye deyib.
O qeyd edib ki, Ruanda və Azərbaycan çox yaxşı münasibətlərə malikdir. “Hər iki ölkənin dövlət başçıları bir neçə dəfə görüşüblər. Biz xüsusilə şəhərsalma sahəsində ortaq anlayışa sahibik. Kigali Afrikanın ən yaxşı, ən təmiz və təhlükəsiz şəhərlərindən biridir. Onun modeli bütün Afrika üzrə urbanizasiya mükəmməlliyinə əsaslanır.
Biz Azərbaycan ilə hələ də eyni məqsədi bölüşürük. Buraya urbanizasiya mükəmməlliyini təmin etmək və şəhərsalmanı inkişafın əsas sütunu kimi qəbul etmək daxildir”,- deyə nazir vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 17 May 2026 12:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















