Ruben Amorim Milanın baş məşqçisi oldu
Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ruben Amorim İtaliyanın "Milan" klubunun baş məşqçisi təyin edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.
41 yaşlı portuqaliyalı mütəxəssislə imzalanmış müqavilənin detalları açıqlanmayıb. "Sky Sport Italia"nın məlumatına görə, razılaşma 2029-cu ilin yayına qədər nəzərdə tutulub.
Xatırladaq ki, mayın 25-də klub komandanın qənaətbəxş olmayan nəticələri ilə bağlı Massimiliano Alleqrinin baş məşqçi vəzifəsindən azad olunduğunu elan etmişdi.
Qeyd edək ki, "Milan" İtaliya çempionatında beşinci yeri tutub və turnirin ən yaxşı dörd komandasının birbaşa vəsiqə qazandığı Çempionlar Liqasına çıxa bilməyib.
Yanvarda Amorim 2024-cü ildən tutduğu İngiltərənin "Mançester Yunayted" klubunun baş məşqçisi postunu tərk edib. Bundan əvvəl mütəxəssis Portuqaliyanın "Kasa Pia", "Braqa" və iki dəfə ölkə çempionatında qələbə qazandırdığı "Sportinq" klublarına rəhbərlik edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 16 İyun 2026 22:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















