Icma.az
close
up
RU
Ruben Amorim: “Mourinyoya oxşamıram, mən fərqliyəm” İdman və Biz

Ruben Amorim: “Mourinyoya oxşamıram, mən fərqliyəm” İdman və Biz

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

Portuqaliyalı baş məşqçi Ruben Amorim "Mançester Yunayted"ə keçdikdən sonra oyunöncəsi ilk mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

İdman.biz xəbər verir ki, o, klubda necə qarşılanmasında, gələcək hədəflərindən danışıb.

Özümü evdəki hiss edirəm
- Bu klub gözlədiyinizdən də böyükdür. “Sportinq”dən fərqli, burada çoxlu müxtəlif departamentlər var. Bu, komanda ilə işləməkdən başqa görüləsi xeyli işin olduğu qlobal bir klubdur. Burada mənə çox kömək edirlər, çox xoşbəxtəm və özümü tam rahat hiss edirəm. Özümü evdəki kimi hiss edirəm.

Bu, inqilab deyil
- Heç bir inqilab olmayacaq, çünki axı müdafiədə beş, dörd və ya üç oyunçu ilə futbol çox da fərqlənmir. Öz ideyalarımız, futbola öz baxışımız var və oyun tərzini dəyişəcəyik.

Doğru zamanda doğru yerdə oldum
- İstəyirsinizsə, mənə sadəlövh deyin, amma mən inanıram ki, doğru zamanda doğru yerdə olan doğru adamam. Yer kürəsi hələ öz oxu ətrafında fırlanacaq və günəş yenə doğacaq desəm, yəqin ki, yanılmaram, ona görə də bundan narahat deyiləm. Sadəcə həqiqətən inanıram ki, bu iş üçün doğru adamam.

Mourinyonun sözləri
- Joze mənə mesaj göndərərək deyib ki, bu, gözəl insanların olduğu nəhəng klubdur. Bunun doğru olduğunu gördüm və klub o vaxtdan elə dediyi kimidir.

Joze ilə müqayisələr
- Mourinyoya oxşamıram, mən fərqliyəm. Yadımdadır, o, “Çelsi”yə keçəndə hamı ona baxır və hər titulu qazanmağa qadir olduğunu düşünürdü. O vaxtdan futbol dəyişib, amma mən hələ gəncəm və oyunçularımı yaxşı başa düşürəm, necə ki, Joze gəncləri - Lempard və digərlərini başa düşürdü. İndi hər şey fərqlidir, amma yenə də bu işə uyğun biri olduğuma əminəm.

Transfer məsələlərində rolu
- Futbolçuları seçəndə üzərimə böyük məsuliyyət düşəcək, çünki həm menecer, həm də baş məşqçiyəm. Lazım olan oyunçuları özüm seçməliyəm.

Ən azı iki il lazımdır
- Müqaviləm iki il yarım müddətinədir, son günlər bu barədə çox danışılıb. Düşünürəm, iki il ərzində mütləq başa düşəcəksiniz ki, axtardığınız məşqçini tapmısınız, ya yox. Müntəzəm olaraq çempionluq qazanan digər klublarla müqayisədə bizə daha çox vaxt lazım olacaq - onlar inkişafa çoxdan nail olublar. Qalib gəlirlər, buna görə də öz layihələrini təkmilləşdirmək və mükəmməlliyə çatdırmaq üçün vaxtları var. Ən yüksək səviyyəyə çatmaq üçün bizə iki il yarımdan çox vaxt lazım ola bilər. Biz hansısa titulu qazanmaq məcburiyyətindəyik, amma iki ildən sonra bu yolda davam edib-etməməyi görə biləcəksiniz.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 23 Noyabr 2024 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri