Icma.az
close
up
RU
Ruben Amorim Qarnaçonu oyundaşlarının gözü önündə danladı

Ruben Amorim Qarnaçonu oyundaşlarının gözü önündə danladı

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Faciəvi mövsümdən sonra “Mançester Yunayted”də ab-hava korlanıb.

"Football-plus.az" xəbər verir ki, iş hətta ciddi münaqişəyə qədər irəliləyib: komandanın baş məşqçisi Ruben Amrorim oyunçuların gözü önündə Alexandro Qarnaçoya qapını göstərib və klub rəhbərliyi də bu ideyanı dəstəkləyib.
“Daily Mail”in yaydığı xəbərə görə, “Yunayted”in Direktorlar Şurasının mayın 23-də keçirilən iclasında Amorim də iştirak edib. Məhz orda Qarnaçonun satılması ideyası qaldırılıb. Çox güman, portuqaliyalı məşqçinin argentinalı futbolçu ilə vidalaşmaqla bağlı qərarı önündə “yaşıl işıq yandırılıb”.
“The Athletic”in yaydığı xəbərə görə, artıq ertəsi gün Amorim vingeri özünə yeni iş yeri axtarmaqla bağlı xəbərdar edib. Özü də yetərincə sərt formadı. Bütün komandanın gözü önündə ona belə deyib:

“Özünə klub tapmaq üçün dua etməyin yaxşı olar”.

20 yaşlı yarımmüdafiəçi bir neçə gün əvvəl Avropa Liqasının “Tottenhem”lə final oyununda cəmi 20 dəqiqə oynamasından narazılıq etmişdi:

“Mövsüm bizim üçün zibil kimi alındı, indi də finalda uduzduq. Liqada heç kimə qalib gələ bilmirik. İndiyə qədər Avropa Liqasının hər mərhələsində oynamışam, final gəlib çatanda isə cəmi 20 dəqiqə meydanda oldum. Yayın ləzzətini çıxarmağa çalışacam, sonra baxaq görək necə olur”.

Alexandronun qardaşı və agenti Roberto isə sosial şəbəkələrdə məsələyə daha emosional şəkildə reaksiya verib:

“Başqalarından daha artıq dərəcədə çalışmaq, hər mərhələdə yardım etmək, son iki finalda iki qol vurmaq... Sadəcə, ona görə ki, meydanda 19 dəqiqə keçirəsən və avtobusun altına atılasan. Oho, hahahahaha”.

Amorim də danışılanlara reaksiya verib:

“İndi belə danışmaq asandı. “Atletik”lə yarımfinal oyununun ilk yarısında kim real qol vəziyyətindən yararlanmadı? Qarnaço”.

Məhz final oyununda sonra Alexandronun “Yunayted”dən gedəcəyi ilə bağlı növbəti xəbərlər peyda olmağa başladı. Və bu da təəccüblü deyil. Ona görə ki, argentinalı heç də ilk dəfə qalmaqalın mərkəzində dayanmır.
Hələ ötən ilin dekabrında Qarnaçonun adı qalmaqalda hallanırdı: həmin vaxt onu MY-nin start heyətini kənara sızdırmaqda suçlayırdılar. Bundan başqa, müxtəlif vaxtlarda argentinalı sosial şəbəkələrdə yersiz layklar üzündən də yaxalanıb. Məsələn, Alexandro Erik ten Haqın tənqid olunduğu və Lisandro Martinesin səhvinin göstərildiyi paylaşımların altında “ürək” işarəsi qoyub. PAOK ilə Avropa Liqasının oyunu ərəfəsində avtoqraf paylayarkən tez-tez ötürmə vermək və topa ilk toxunuş üzərində çalışmaqla bağlı məsləhət eşidib və cavabında həmin azarkeşə meydana çıxaraq oynamağı təklif edib.
Qışda Qarnaçonun “Napoli”yə mümkün satışı haqda çox danışırdılar: medianın yzdığına inansaq, İtaliya klubu 40 milyon avro ödəməyə hazır idi, ingilislər isə ən azı 60, bəzən də 60 milyon istəyirdilər. Neapola köçlə bağlı söhbətlər səngiyən kimi Alexandronun “Çelsi”dən Kristofer Nkunku ilə dəyiş-düyüşü haqda ideya ortaya atıldı. “Tottenhem” də onunla maraqlanırdı, ancaq heç kimlə anlaşmaq mümkün olmadı.
Personası ətrafındakı neqativ fona baxmayaraq, məhz argentinalı komandanın premyer-liqada və Avropa Liqasında məhsuldarlığa görə 3-cü oyunçusudu. Qarnaço AL çərçivəsində 15 oyunun hamısına çıxıb (10-da start heyətində), beşində məhsuldar hərəkətlə yadda qalıb: “Bude/Qlimt”in qapısına qol vurub, FKSB, “Real Sosyedad” (iki dəfə) və “Lion” ilə oyunlarda məhsuldar ötürmə verib.
Premyer-liqada isə yalnız üç sahə oyunçusu – Dioqo Dalot, Bruno Fernandeş və Nussair Mazraui ondan daha çox meydanda olub. Çempionatda 6 qol və 2 məhsuldar ötürmə ilə komanda yoldaşlarından yalnız Fernandeşlə Amad Diallodan geri qalır.
Ümumiyyətlə, argentinalı vinger son mövsümdə 5 turnir çərçivəsində keçirdiyi 58 oyunda 11 qol vurub və 10 məhsuldar ötürmə verib. “Transfermarkt”da onun dəyəri 45 milyon avro göstərilir.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 07 İyun 2025 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see342

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see327

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see270

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see262

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see255

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see240

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see230

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see219

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see209

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see208

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see208

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see204

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see199

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see199

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see186

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see184

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

11 Noyabr 2026 23:54see176

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see176

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see169

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri