Ruben Martinez: “Qarsiya gec tez İspaniya millisinin əsas qapıçı olacaq”
Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İspaniya U-21 millisinin qapıçılar üzrə məşqçisi Ruben Martinez "Barselona"nın gənc qapıçısı Xoan Qarsiyanın gələcəyi ilə bağlı diqqətçəkən fikirlər səsləndirib.
İdman.Biz xəbər verir ki, mütəxəssis “Diario Sport”a açıqlamasında Qarsiyanın gec-tez İspaniya millisinin əsas qapıçısına çevriləcəyinə inandığını bildirib.
“Gec-tez Xoan Qarsiya İspaniya millisinin əsas qapıçısı olacaq. Əgər bu inkişaf tempini saxlayarsa, bir neçə ilə “Barselona” tarixinin ən yaxşı qapıçılarından birinə çevrilə bilər. O, hələ çox cavandır və qapıçılar üçün qarşıda uzun illər var. İspaniya futbolunda tarix yaza bilər”, - deyə mütəxəssis vurğulayıb.
Martinez qapıçının oyun üslubunun “Barselona”ya tam uyğun olduğunu qeyd edib:
“Bu, “Barselona”nın oyun fəlsəfəsinə uyğun qapıçıdır. Ayaqla oyununu inanılmaz dərəcədə inkişaf etdirib. “Espanyol”da çıxış edərkən işi daha az olurdu və burada hücum quruculuğu ilə bağlı şübhələr var idi. Amma o, ayaqla çox yaxşı oynayan, hərtərəfli qapıçı olduğunu sübut etdi.”
Martines onun psixoloji keyfiyyətlərinə də diqqət çəkib:
“Hər epizodda göstərdiyi sakitlik və inam diqqətçəkicidir. Xüsusilə çətin oyunlarda bu açıq görünür. “Rasinq”lə matçda, məsələn, ofsayd olmayan yeganə zərbəni məhz o dəf etdi”.
Qeyd olunur ki, Xoan Qarsiyanın yüksələn forması artıq “Barselona”da ciddi dəyişikliklərə səbəb olub və bu durum Mark-Andre ter Ştegenin klubdakı mövqeyinə təsir göstərib.
Baxış sayı:34
Bu xəbər 20 Yanvar 2026 14:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















