Icma.az
close
up
RU
Ruben Vardanyanın məhkəməsində zərərçəkmişlər ifadə verib

Ruben Vardanyanın məhkəməsində zərərçəkmişlər ifadə verib

Icma.az, Azpost saytına istinadən bildirir.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi sentyabrın 2-də davam etdirilib.

AZƏRTAC xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.

Hakim Zeynal Ağayev dindirmədən əvvəl məhkəmə prosesinə ilk dəfə qatılan zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Sonra məhkəmədə zərərçəkmişlərin hüquqi varislərinin və zərərçəkmiş şəxslərin ifadələri dinlənilib.

Zərərçəkmiş şəxs Ayaz Nəzərovun hüquqi varisi – anası Sima Tanrıverdiyeva dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandırarkən bildirib ki, oğlu düşmənin təxribatı nəticəsində Kəlbəcərdə həlak olub.

Zərərçəkmiş şəxs Qərib Qasımovun hüquqi varisi – atası Şahbaz Qasımov ifadəsində oğlunun Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən açılmış atəş nəticəsində Xocavənddə həlak olduğunu bildirib.

Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını cavablandıran zərərçəkmiş şəxs Rəvan Cəfərovun hüquqi varisi Məhəmmədəli Cəfərov ifadəsində oğlunun Xocavənddə düşmən tərəfindən açılmış atəş nəticəsində həlak olduğunu deyib.

Zərərçəkmiş şəxs Mirzə Ağayev ifadəsində bildirib ki, düşmənin açdığı atəş nəticəsində Xocavənddə yaralanıb.

Digər zərərçəkən Zakir Mirzəyev ifadəsində qeyd edib ki, Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən atılan əl qumbarasının partlaması nəticəsində Xocavənddə, Qırmızı Bazar istiqamətində xəsarət alıb.

Dövlət ittihamçısı Fuad Musayevin sualını cavablandıran zərərçəkən Asim Musayev qeyd edib ki, Kəlbəcərin Söyüdlü yaylağında mal-qara otararkən düşmən tərəfindən 30-dan çox top mərmisi atılıb, nəticədə o və yanında olan şəxslər yaralanıb, 350-dən çox heyvan isə tələf olub.

Zərərçəkən Atamalı Məlikov ifadəsində bildirib ki, düşmən tərəfindən Xankəndi ərazisində artilleriya atəşinə məruz qalıb, qarın boşluğundan və kürəyindən yaralanıb. Yaralarına görə 6 dəfə əməliyyat olunub.

Zərərçəkən Namiq Həşimov qeyd edib ki, içərisində olduğu təcili tibbi yardım maşını üzərində tanınma işarəsi olsa da, Ağdam istiqamətində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən atəşə tutulub, nəticədə özü və daha 5 nəfər yaralanıb.

Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun sualını cavablandıran zərərçəkən Mədət Sabirzadə ifadəsində deyib ki, düşmənin Xocalıda törətdiyi təxribat zamanı açılan atəş nəticəsində yaralanıb, yanında olan 5 nəfər isə həlak olub.

Zərərçəkən Təhrun Əsgərov ifadəsində vurğulayıb ki, Ağdərə istiqamətində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan atəş nəticəsində kəllə-beyin travması alıb.

Turan Balaşzadə ifadəsində qeyd edib ki, qardaşı Röyal Balaşzadə düşmən tərəfindən Kəlbəcər rayonu istiqamətində snayper silahı ilə vurulub və o, həlak olub.

Dövlət ittihamçısı Təranə Məmmədovanın suallarına cavabında zərərçəkən Sadiq Məmmədəli bildirib ki, Kəlbəcər istiqamətində düşmənin açdığı artilleriya atəşi nəticəsində ayağından yaralanıb.

Zərərçəkən Əziz Əzizov ifadəsində deyib ki, o, Xocavənddə Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən minaatandan açılan atəş nəticəsində kəllə-beyin travması alıb.

Zərərçəkən Bəhlul Ağayev vurğulayıb ki, Xocavənddə düşmən tərəfindən açılan atəş nəticəsində sol qolundan yaralanıb, bir nəfər isə həlak olub.

Fuad Qurbanlı düşmən tərəfindən açılan atəş nəticəsində Ağdərə istiqamətində yaralandığını, sağ ayağının dizdən aşağı hissəsinin amputasiya olunduğunu, Xəyal Məsimov və Nurlan Rəfizadə minaatandan açılan atəş nəticəsində yaralandıqlarını bildiriblər.

Zərərçəkən Ürfan Məmmədov ifadəsində Xocavəndə düşmənin açdığı artilleriya atəşi nəticəsində çoxsaylı qəlpə yarası və kəllə-beyin travması aldığını, 3 yoldaşının həlak olduğunu söyləyib.

Pərvin Allahverdiyev Xocavənddə düşmənin snayperdən açdığını atəş nəticəsində qolundan yaralandığını, Elsevər Axundov Ağdərədə düşmən tərəfindən atılan minaatan mərmisinin yaxınlığında partlaması nəticəsində qolundan, ayağından yaralandığını, kəllə-beyin travması aldığını diqqətə çatdırıblar.

Zərərçəkən Nemət Bağırov Daşkəsən rayonunun ərazisində düşmən tərəfindən atılan minaatan mərmisinin partlaması nəticəsində Xəyal Süleymanovun və Cavidan Bədəlovun həlak olduqlarını, özünün isə yaralandığını deyib.

Həsən Məhiyəddinli ifadəsində Ağdərə rayonunun Canyataq kəndi ərazisində düşmənin onun içərisində olduğu maşını atəşə tutması nəticəsində yaralandığını söyləyib.

Radim Qaraxanov bildirib ki, Ağdam rayonunda Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan atəş nəticəsində xəsarətlər alıb.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarını cavablandıran zərərçəkən Hacı Bağırov deyib ki, Ağdərə rayonu ərazisində düşmən tərəfindən atılan minaatan mərmisinin yaxınlığında partlaması nəticəsində o, Nəsimi Hacıyev və Vüsal İbrahimov xəsarət alıblar.

Tural Əzimov və Məhəmməd Bağıyev düşmən tərəfindən açılan atəş nəticəsində Ağdam rayonunda, Həzrət İsmayılov isə Ağdərədə yaralandıqlarını söyləyiblər.

Zərərçəkən Qoşqar Şərbətov ifadəsində qeyd edib ki, Xocavənd rayonunda Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan atəş nəticəsində yaralanmış şəxsləri təxliyə edən zaman düşmənin üzərində fərqləndirici nişan olan təcili tibbi yardım avtomobilinə atdığı mərmi nəticəsində xəsarət alıb.

Digər zərərçəkənlər – Nurəli Şıxaliyev, Rasif Məhərrəmov, Məzahir Əliyev, Amin Məmmədov, Cavid Şirvanov, Müslüm Əliyev, Şahin Səfərov, Ümid İbrahimli, Şəhriyar İsgəndərov, Eldəniz Dadaşov, Əmrah Həsənov, Vüsal Abbaslı, Şirin Həşimov, Kənan Sofiyev, Əmir Nəbiyev, Cəmaləddin Mikayıllı və Kənan Mustafayev ifadələrində düşmənin təxribatı nəticəsində xəsarətlər aldıqlarını bildiriblər.

Sonra zərərçəkən Amid Quliyevin ifadəsi elan edilib. Bildirilib ki, o, düşmənin Xocalı rayonunun Fərrux kəndində, meşəlikdən açdığı atəş nəticəsində hər iki ayağının dizdən aşağı hissəsindən güllə xəsarətləri alıb.

Sonra məhkəmə iclasında zərərçəkmiş şəxslər barəsində olan məhkəmə-tibbi ekspertizasının rəyləri elan edilib.

Məhkəmənin növbəti iclası sentyabrın 9-na təyin olunub.

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:193
embedMənbə:https://azpost.info
archiveBu xəbər 02 Sentyabr 2025 21:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see284

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see268

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see254

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see224

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see204

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see203

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see202

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see190

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see188

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see186

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see180

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see173

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri