Rubinyan: Ermənistanda hakimiyyəti ələ keçirməyə hazırlıq gedir
Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Mən sadəcə təəccüblənirəm, son 30 ildə harda olmusunuz, bəlkə ümidiniz Köçəryanın prezidentliyini yaxşı xatırlamayan 18 yaşlı gənclərədir? Amma onların valideynləri bu qocanı yaxşı tanıyırlar”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan Milli Məclisdə müxalif deputatlara müraciətində deyib.
Vitse-spiker bildirib ki, həbs olunan arxiyepiskoplar Baqrat Qalstanyan və Mikayel Ajapaxyan hakimiyyəti ələ keçirmək məqsədilə iğtişaşlar təşkil etməyə və ölkədə xaos yaratmağa çalışıb.
Onun sözlərinə görə, bugünkü müxalifət əvvəllər seçkiləri saxtalaşdırmaqla hakimiyyəti ələ keçirmişdisə, bu gün bunu zorakılıqla etməyə hazırlaşır:
“Siz hakimiyyətə gəlsəniz, seçki institutunu ləğv edəcəksiniz, sizinlə razılaşmayanları aradan götürəcəksiniz, sizin demokratiya ilə heç bir əlaqəniz yoxdur”.
Rubinyan müxalifəti bir az “cəsarətli” davranmağa çağırıb: “Əvvəllər bizi bezdirən siz idiniz, hər şeyə müdaxilə edirdiniz, indi bu nə pafoslu davranışdır, az qala ağlayırsınız, bir az cəsarətli olun”.


