Rubinyan: Onlar Ermənistanı Rusiyaya qurban vermək istəyirlər”
Icma.az, Milli.az portalına istinadən məlumat yayır.
Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan Gümrü meri Vardan Qukasyanın Rusiya ilə bağlı açıqlamalarını sərt tənqid edib.
O bildirib ki, Robert Koçaryan, Serj Sarkisyan və II Qareginin tərəfdarları Ermənistanı Rusiyaya qurban vermək istəyirlər.
Rubinyan bu qrupu "Daşnaksütyun" partiyasının xəttinə uyğun hərəkət edənlər və ölkənin müstəqilliyini itirmək istəyənlər kimi qiymətləndirib.
Milli.Az xəbər verir ki, teleaparıcı Petros Qazaryan da Vardan Qukasyanın fikirlərinə qarşı çıxaraq, Rusiyayönümlü qüvvələrin Ermənistanla Rusiyanın daha sıx birləşməsini arzuladıqlarını bildirib.
O, bu strategiyanın ölkəni qorxu altında saxlamaq və "İttifaq Dövləti" layihəsinə qatılmağa təhrik etmək məqsədi daşıdığını vurğulayıb.
Xatırladaq ki, apreldə Gümrüdə keçirilən mer seçkilərində qalib gələn Vardan Qukasyan Ermənistanın Rusiya ilə tam ittifaq qurmasının zəruri olduğunu açıqlamış, bu birlikdən imtina edilməməli olduğunu qeyd etmişdi.
Asya
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 24 Sentyabr 2025 14:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















