Rubio: ABŞ Hörmüz boğazının bağlanmasına imkan verməyəcək
Icma.az, Apa.az saytına istinadən bildirir.
Vaşinqton İranın Hörmüz boğazı üzərində suverenlik iddialarını qəbul etmir.
Bunu ABŞ dövlət katibi Marko Rubio "Al Jazeera" telekanalına müsahibəsində deyib.
“Yalnız ABŞ üçün deyil, ümumiyyətlə dünya üçün Hörmüz boğazı üzərində suverenlik iddiaları qəbuledilməzdir”, – o bildirib.
Rubionun sözlərinə görə, belə bir addım təhlükəli presedent yarada bilər: “Bu, inanılmaz bir presedent yaradır. Ölkələr beynəlxalq su yollarını ələ keçirib özlərinə aid elan edə bilərlər”.
Rubio vurğulayıb ki, Hörmüz boğazı istənilən halda açıq qalacaq: “Hörmüz boğazı bu və ya digər şəkildə açıq qalacaq”.
Dövlət katibi əlavə edib ki, əks halda İran “real nəticələrlə” üzləşə bilər.
Bu mövzuda digər xəbərlər:Hörmüz boğazının bağlanmasına etiraz edildi
13 Aprel 2026 20:08
Heqset: ABŞ Hörmüz boğazının qapalı qalmasına icazə verməyəcək
13 Mart 2026 17:31
“Vaşinqton İranın Hörmüz üzərində nəzarət qurmasına imkan verməyəcək” Rubio
30 Mart 2026 17:33
İran XİN Hörmüz boğazının bağlanmasına dair xəbərləri təkzib edib
19 İyun 2026 18:31
Rubio: Hörmüz boğazının açılması üzrə danışıqlarda irəliləyiş əldə olunub
04 Avqust 2026 18:30
Baxış sayı:192
Bu xəbər 31 Mart 2026 11:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















