Rubio: “ABŞ İran razılaşması ilə bağlı müsbət siqnallar var”
Ayna portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Tehran Hörmüz boğazından keçən gəmilər üçün rüsum almağa cəhd etsə, hər hansı bir razılaşma mümkün olmaz”
ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonun müharibəyə son qoymaq üçün İranla mümkün razılaşma ilə bağlı “müsbət siqnallar" olduğunu bəyan edib. AYNA.AZ xəbər verir ki, bu barədə Rubio “Sky News”a deyib.
Eyni zamanda, Rubio "həddindən artıq nikbin olmaq istəmədiyini" vurğulayıb. Dövlət katibinin sözlərinə görə, Tehran Hörmüz boğazından keçən gəmilər üçün rüsum almağa cəhd etsə, hər hansı bir razılaşma mümkün olmaz.
"Dünyada heç kim rüsum sistemini dəstəkləmir. Bu, baş verə bilməz. Bu, qəbuledilməz olardı", - Rubio bildirib.
Daha əvvəl İran Hörmüz boğazında kommersiya gəmiçiliyini idarə etmək üçün xüsusi bir qurumun yaradıldığını elan edib. Tehran həmçinin boğazın altından dənizaltı internet kabellərindən istifadə üçün rüsum almaq niyyətində olduğunu açıqlayıb.
ABŞ Prezidenti Donald Tramp əvvəllər Pentaqona 19 mayda İrana planlaşdırılan zərbələri ləğv etməyi və əlverişli bir razılaşma əldə edilmədiyi təqdirdə tammiqyaslı hücuma hazırlaşmağı əmr etdiyini açıqlamışdı. Tramp bildirib ki, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri liderləri ona hücumu təxirə salmaq xahişi ilə müraciət ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 22 May 2026 12:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















